Əfqan ordusu: 40 İŞİD-çi öldürülüb

22:41 | 15.04.2016
Əfqan ordusu: 40 İŞİD-çi öldürülüb

Əfqan ordusu: 40 İŞİD-çi öldürülüb


Əfqanıstan ordusu bildirir ki, ölkənin şərqindəki Nangarhar vilayətinə hava zərbələri nəticəsində azı 40 İslam Dövləti (İŞİD) yaraqlısı öldürülüb.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hava hücumu aprelin 14-də endirilib. Bir neçə silahlı da yaralanıb.

Vilayət rəsmisi ölənlərin əsasən əcnəbi döyüşçülər olduğunu bildirib. Onların cəsədləri toplanaraq İŞİD-ə verilib.

Nangarharda İŞİD-lə Taliban arasında ağır döyüşlər gedir.

Təhlilçilər bəzi İŞİD-çilərin keçmiş Taliban üzvləri olduğunu bildirir. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM