Əfqanıstan: Taliban Kunduz şəhərinə hücum edib

21:45 | 28.09.2015
Əfqanıstan: Taliban Kunduz şəhərinə hücum edib

Əfqanıstan: Taliban Kunduz şəhərinə hücum edib

 Yüzlərlə Taliban döyüşçüsü Əfqanıstanın şimalında yerləşən strateji Kunduz şəhərinə hücum təşkil edib.

Silahlıların bir neçə istiqamətdən hücum təşkil etdiyi və qısa müddət ərzində hospitalı ələ keçirdiyi bildirilir.

Hər iki tərəfdən itkilər var, polis bildirib.

Kunduz şəhəri aprel ayından bəri Talibanın bir neçə hücumuna məruz qalıb.

Hücumdan bir gün əvvəl isə, şərqi Paktika əyalətindəki idman yarışı zamanı bombalı hücum nəticəsində doqquz nəfər həlak olmuşdu.

Kunduz şəhəri 2001-ci ilədək Taliban üçün istinadgah rolunu oynayıb.

Bazar günü şəhərə hücum Taliban üçün əhəmiyyətli xarakter daşıyıb.

Talibanın bildirdiyinə görə, onlar Kunduz hospitaləna daxil olub. Lakin yerli medianın bildirdiyinə görə, onlar hospitalda qısa müddət qalıb.

Sosial mediada paylaşılan şəkillərdə döyüşçülərin hospitalın içində selfi çəkdiyi görünür.

Kunduz polisinin sözçüsü Seyid Sərvər Hüseyni Reuters xəbər agentliyinə bildirib: "Xanabad, Çardara və İmam Saheddə ağır döyüşlər davam edir. Bizim yetərli qədər qüvvəmiz var və onları şəhərdən çıxaracağıq”.

Onun bildirdiyinə görə, qarşıdurma nəticəsində 20 döyüşçü həlak olub, Əfqanıstan təhlükəsizlik qüvvələri arasında ölənlərin sayı təsdiqlənməyib.

Kunduz şəhəri Əfqanıstanın şimal və mərkəzi bölgələrini birləşdirən əsas yolların üzərində yerləşir və paytaxt Kabula gedən yol da şəhərdən keçir.

Müxbirlərin bildirdiyinə görə, Kunduz həmçinin ölkənin düyü ehtiyacının yarısını təmin edir.

Keçən il ABŞ və NATO qüvvələrinin ölkəni tərk etməsinin ardından, Əfqanıstanda silahlı zorakılıq hallarının sayı artıb.

Bazar günü Paktikadakı bombalı hücümun ardından doqquz nəfər həlak olmuş və onlarla insan yaralanmışdı. Hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb