Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

11:00 | 27.04.2017
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu Əfqanıstandakı missiyada iştirak edir
 
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 54 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM