Əfsanəvi Benksi yenə diqqət mərkəzinə düşdü

19:40 | 21.10.2014
Əfsanəvi Benksi yenə diqqət mərkəzinə düşdü

Əfsanəvi Benksi yenə diqqət mərkəzinə düşdü

Britaniyalı rəssam Benksi Londondakı binalardan birinin divarına "Mirvari sırğalı qız" rəsm əsərinin parodiyasını çəkib. Rəsmi şəhər binalarının birinin üzərində görmək mümkündür. Şəklin orijinallığı Benksinin saytında təsdiqlənib.

ANN.Az-ın "Gazeta.ru"ya istinadən xəbərində görə, şəkil "Qulağı deşikli qız" adını qazanıb. Həmçinin məlum olub ki, Benksinin polis tərəfindən saxlanılması barədə xəbərlər həqiqətdən uzaqdır. Bu barədə rəssamın vəkili Co Brüks, "İndependent"ə açıqlamasında bildirib. 

Xatırladaq ki, rəssamın tutulması ilə bağlı xəbəri "National Report" yaymışdı. Onu şantaj, vandalizm və saxtakarlıqda ittiham edirdilər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb