Əfsanəvi məşqçi öldü

11:24 | 24.11.2014
Əfsanəvi məşqçi öldü

Əfsanəvi məşqçi öldü

Noyabrın 23-də axşam saatlarında əfsanəvi hokkeyçi, SSRİ yığma komandasının məşhur baş məşqçisi Viktor Tixonov 85 yaşında dünyasını dəyişib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bazar günü onun vəziyyəti ciddi şəkildə pisləşdiyindən reanimasiyaya yerləşdirilib. Həkimlər bir neçə saat əfsanəvi hokkeyçinin çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb.Viktor Tixonov SSRİ-nin və Rusiya Federasiyasının əməkdar məşqçisidir, Rusiyanın əməkdar bədən tərbiyəsi işçisidir, onun adı Lozannadakı Olimpiya şərəf muzeyinə yazılıb. Səkkizqat dünya çempionu olan Tixonovun hesabında məşqçi kimi 3 Olimpiya qızıl medalı və SSRİ-nin 13 yüksək mükafatı var.Viktor Tixonovun rəhbərliyi ilə SSRİ yığması 1978, 1979, 1981, 1982, 1983, 1986, 1989, 1990-cu illərdə dünya çempionatının qalibi olub, 1978-1991-ci illərdə SSRİ yığması Avropa çempionatında qalib gəlib və 3 dəfə Olimpiadada – 1984, 1988 və 1992-ci illərdə birinci yeri tutub. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb