Əfsanəvi mobil oyun "Angry Birds kinoda" Cinemaplus ekranlarında - VİDEO

16:57 | 13.05.2016
Əfsanəvi mobil oyun

Əfsanəvi mobil oyun "Angry Birds kinoda" Cinemaplus ekranlarında - VİDEO

Premium kinoteatrlar şəbəkəsi CinemaPlus "Angry Birds kinoda " animasiya filminin nümayişlərinə başlayıb.
 
Animasiya filmi populyar oyun personajları  olan quş və donuz balalarının məşhur qarşıdurması haqqında danışacaq, həmçinin sevimli qəhrəmanların maraqlı sirlərini açacaq.
 
Cizgi filminin rejissorları Clay Kaytis və Fergal Reilly dueti olub. Ssenari Con Vitti-yə məxsusdur.  Baş rollarda: Piter Dinkleyc, Ceyson Sudeykis, Bill Heyder, Kiqen –Maykl  Ki, Coş Qed və s.

Hadisələr uça bilməyən quşlar ilə məskun edilmiş  cənnət adasında  cərəyan edir. Onların arasında 3 uğursuz var: Qırmızı, Qara, Sarı. Adaya donuzlara oxşar işğalçılar hücum etməkdən öncə onların qabiliyyəti heç kimə lazım deyildi. Lakin bu məqamda qəhrəmanlarımız yada düşdü! Yalnız onlar yaşıl donuz balalarının yürüşünü dayandıra bilərlər!
 
Qeyd etmək istəyirik ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə "CinemaPlus” kinoteatrının açılışı baş tutdu. Kinoteatr "Xəmsə Park” Ticarət Mərkəzi, Nizami küçəsi 8 ünvanın  4-cü mərtəbəsində yerləşir.

"CinemaPlus” 28 mall kinoteatrı Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
 
Ətraflı məlumat üçün "CinemaPlus”-un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləyin
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb