Əhməd Davudoğlu Azərbaycana səfər edəcək

15:18 | 27.11.2015
Əhməd Davudoğlu Azərbaycana səfər edəcək

Əhməd Davudoğlu Azərbaycana səfər edəcək

Bir sıra rəsmi görüşlər keçiriləcək.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Çavuşoğlu qeyd edib ki, baş nazirin Bakıya səfəri dekabrın 3-nə nəzərdə tutulub. 

Səfər çərçivəsində Davudoğlu bir sıra rəsmi görüşlər keçirəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq, regional və dünya əhəmiyyətli məsələlər müzakirə olunacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb