Əhməd Davudoğlu: "Bizim üçün Bakı İstanbul qədər doğmadır"

13:29 | 04.12.2015
Əhməd Davudoğlu:

Əhməd Davudoğlu: "Bizim üçün Bakı İstanbul qədər doğmadır"

Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın tərəfində olacağıq

 "Azərbaycan və Türkiyə arasında xüsusi münasibətlər var. Türkiyənin hər lideri ilk dəfə Azərbaycana səfər edir və ya əksinə olur".

"Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "ADA" Universitetində çıxışı zamanı deyib.

"Bizim üçün Bakı İstanbul qədər doğmadır. Hamımız bakılıyıq. Azərbaycana atəşin salamlar", - Ə.Davudoğlu sözlərinə məhz belə başlayıb.

İki ölkə arasındakı əlaqələrdən danışan baş nazir ümummilli lider Heydər Əliyevin məşhur "bir millət, iki dövlət" ifadəsini xatırladıb. Çıxışı zamanı Ə.Davudoğlu Türkiyə və Azərbaycanın Avropayla Asiya arasındakı əlaqələrdə onurğa sütunu rolunu oynadığını bildirib.

Suriya ətrafındakı məsələyə toxunan Türkiyənin baş naziri ölkəsinin 2 milyondan çox miqranta və qaçqına qucaq açdığını deyib: "Biz ərəblər və kürdlər arasında fərq qoymadıq. Türkiyə hər zaman Suriyanın yanında olacaq. Eyni sözlər Azərbaycana da aiddir. Dağlıq Qarabağ məsələsində daim Azərbaycanın tərəfində olacağıq".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM