• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni metrostansiyaların açılış tarixi bəlli oldu

Yeni metrostansiyaların açılış tarixi bəlli oldu
28.08.2015 13:23
"Avtovağzal” və şərti adı "Memar Əcəmi 2” olan metrostansiyalarının istifadəyə verilmə tarixi açıqlanıb.

Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə hər iki stansiya 2016-cı ilin ikinci yarısına kimi sərnişimlərin ixtiyarına veriləcək. Hazırda bu stansiyalarda son tamamlama işləri gedir. Bura avtomatik yanğından mühafizə sisteminin, təhlükəsizlik avadanlıqlarının və elektrik enerjisinin quraşdırılması daxildir.

Yeni istifadəyə veriləcək "bənövşəyi" xəttin uzunluğu 144 metrdir. Stansiyaların sayı çoxaldıqca xəttlərə buraxılan vaqonların da sayı artırılacaq. Yeni stansiyalarda isə vaqonların sayının əvvəlcə 5, sonradan isə 7-ə qədər artırılacağı nəzərdə tutulub. Bu stansiyaların açılışı bu ilin əvvəlinə planlaşdırılsa da sonra təxirə salınıb. 

Nəsimi Paşayev onu da əlavə etdi ki, gələcəkdə daha iki stansiyanın açılışı nəzərdə tutulub. Bunların biri Hərbi Hospitalın yanında , digəri isə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman və Konsert Kompleksinin yanında açılacaq.

"Elmlər Akademiyası” metrostansiyasının ikinci girişinə gəldikdə isə onun ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir.

Ölkəmizdə ən son açılan stansiya 2011-ci il dekabrın 30-da "Koroğlu" stansiyası olub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol