• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı ölkədə internet daha sürətlidir? - SİYAHI

Hansı ölkədə internet daha sürətlidir? -  SİYAHI
28.08.2015 20:52

"Akamai Technologies" şirkəti tərəfindən 2014-cü ilin sonuncu rübü üçün internet bağlantılarının sürətinin təhlilinin nəticələri üzrə tərtib edilən siyahıda Cənubi Koreya birinci yeri tutub.

Ölkədə orta 22,2 Mbit/saniyə sürətində bağlantı göstəricisi yaxın izləyici ölkələrdən xeyli uzaqlaşmağa imkan verib. Ötən illə müqayisədə sürət 1,6 faiz artıb.
 
İkinci yerdə orta sürətin 16,8 Mbit/saniyə olduğu Honkonq qərarlaşıb. Sürət ötən illə müqayisədə 37 faiz yüksəlib.
 
Reytinqdə üçüncü yerə Yaponiya layiq görülüb. Burada orta sürət 15,2 Mbit/saniyə olmaqla ötən ilə nisbətdə 16 faiz artıb.
 
Dördüncü pillədə sürət göstəricisi 14,6 Mbit/saniyə təşkil edən İsveç qərarlaşıb. Sürətdə ötən illə müqayisədə 34 faiz artım qeydə alınıb.
 
Beşinci yerdə orta sürəti 15,2 Mbit/saniyə olan İsveçrə qərarlaşıb. Ötən illə müqayisədə sürət 21 faiz yüksəlib.
 
Altıncı mövqedə sürət göstəricisi 14,2 Mbit/saniyə təşkil edən Niderlanddır. Bu ölkənin sürət göstəricisi ötən illə müqayisədə 15 faiz artıb.
 
Siyahıda yeddinci yerdə 13 Mbit/saniyə göstəricisi ilə Latviya yer alıb. Sürət ötən illə müqayisədə 25 faiz yüksəkdir.
 
Səkkizinci pillədə qərarlaşan İrlandiyanın göstəricisi 12,3 Mbit/saniyə təşkil edir. Ötən ilə nisbətdə sürət 8,4 faiz artıb.
 
Doqquzuncu yerdə Çexiya qərarlaşmaqla göstəricisi 12,3 Mbit/saniyəyə bərabərdir. Sürət ötən illə müqayisədə 8,4 faiz yüksəlib.
 
İlk onluğu tamamlayan Finlandiyanın göstəricisi 12,1 Mbit/saniyə təşkil edir. Ötən ilə nisbətdə sürətdə 33 faizlik artım müşahidə olunur.
 
Həmçinin 2014-cü ilin sonunda ABŞ-da internetin sürəti 11,1 Mbit/saniyə, Böyük Britaniyada 10,9 Mbit/saniyə, Kanadada 10,7 Mbit/saniyə, Almaniyada 8,8 Mbit/saniyə, Fransada 7,1 Mbit/saniyə təşkil edib, - "Siteua www.it.siteua.org" yazır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol