• $
  • €
  • ₽
  • ₺
  • £

Kənan Yavuz: "Lirənin ucuzlaşması ​"SOCAR Turkey"ə mənfi təsir etməyib"

Kənan Yavuz: "Lirənin ucuzlaşması ​"SOCAR Turkey"ə mənfi təsir etməyib"
04.09.2015 17:48
 Türkiyə lirəsinin ABŞ dolları qarşısında yüksək dərəcədə dəyərdən düşməsinin "SOCAR Turkey" şirkətinə mənfi təsiri olmayıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə qurumu olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz "Anadolu" agentliyinə müsahibəsində bildirib.

K.Yavuz bildirib ki, bu yaxınlarda "Goldman Sachs International" ilə imzalanan müqavilə əsasında şirkət 1,3 mlrd. dollar həcmində vəsait əldə edib: "Bizim layihələrimizə mənfi təsir edəcək heç bir amil yoxdur. Bu insanlara təəccüblü görünə bilər. Cəmiyyətdə hər şeyin mənfiyə doğru gedəcəyi ilə bağlı qəribə atmosfer yaranıb, bu, doğru deyil. "Goldman Sachs"la həyata keçirdiyimiz işbirliyi vəziyyətin belə olmadığının ən böyük göstəricilərindəndir".

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsi ilə Türkiyədə fəaliyyətinə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. "SOCAR Turkey" şirkətinin strukturuna əsasən, "SOCAR Turkey Energy A.Ş."nin 87% hissəsi SOCAR-a aiddir. 14 avqust 2015-ci ildən etibarən "Goldman Sachs" və "JP Morgan" bankları ("Goldman Sachs International") 1,3 mlrd. dollara "SOCAR Turkey"in 13%-lik hissəsinə ortaq olub.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, bu gün ABŞ dollarının məzənnəsi 2,9561 TRY/USD-dir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol