• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni avtobuslarda polislər növbə çəkəcək?

Bakıda yeni avtobuslarda polislər növbə çəkəcək?
12.10.2015 16:19
"Baku Bus” MMC-yə məxsus avtobusda sürücü ilə dalaşan sərnişin axtarışa verilib.
 
Bunu Trend-ə açıqlamasında "Baku Bus” MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, həmin şəxsin tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda onun tapılması istiqamətində işlər gedir: "Həmin sərnişin nəinki bizim sürücüyə mənəvi ziyan vurub, həm də əl-qol hərəkəti edərkən kartı oxuyan aparata da zərər dəyib. "Baku Bus” MMC də, avtobuslar da dövlətin malıdır. Dövlətin malı bütün Azərbaycana məxsusdur. Biz ona nə qədər yaxşı baxsaq, bir o qədər uzunmüddətli olacaq, uzun müddət sərnişinlərə xidmət göstərəcək. Ona görə də həmin şəxs tapılmalı və layiqli cəzasını almalıdır”.

V.Kərimli gələcəkdə belə halların baş verməməsi üçün atılacaq addımlara da toxunub: "Biz hər avtobusun içində post patrul xidməti əməkdaşının olmasını təşkil edə bilərdik. Amma buna getməyəcəyik. Yenə də sərnişinlərin sürücülərə qarşı hər hansı təhqiredici hərəkətlərini görsək, onu kamera vasitəsilə müəyyənləşdirib, cəzalandırılması istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda sərnişin avtobusunda insidentin yaşanması ilə bağlı video yayılmışdı. Videogörüntüdə orta yaşlı bir kişi avtobusa minərək "BakıKart”ı olmadığını bildirir. Sürücü isə kartsız getməyin qadağan olduğunu bildirdikdə aralarında mübahisə yaranır
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol