• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda saxta aksiz markalarının dövriyyəsi cinayət əməli sayılacaq

Azərbaycanda saxta aksiz markalarının dövriyyəsi cinayət əməli sayılacaq
20.10.2015 13:16
Azərbaycanda saxta aksiz markalarının dövriyyəsi cinayət əməli sayılacaq.

"Report” xəbər verir ki, bununla bağlı Milli Məclis Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə layihəni qəbul edib.

Dəyişikliklərə əsasən, Azərbaycanda saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma (fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə etmə istisna olmaqla) cinayət əməli sayılır.

Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmayacaq.

Daha bir dəyişikliyə görə isə tütün mallarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satmağa, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə cinayət məsuliyyəti müəyyən ediləcək.
Dəyəri 50 manatdan artıq olan tütün məmulatlarının satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada satma, belə malları satış məqsədləri ilə nağd qaydada xeyli miqdarda alma cinayət məsuliyyətinə səbəb olacaq.

Layihəyə əsasən, tütün mallarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli alma 1000 manatdan 2000 manatdək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni əməllər külli miqdarda törədildikdə iki ilədək islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bu zaman "xeyli miqdar” deyildikdə 50 manatdan 1000 manatadək olan məbləğ, "külli miqdar”da dedikdə isə 1000 manatdan yuxarı olan məbləğ başa düşülür.
Layihə MM-də səsverməyə qoyularaq qəbul edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol