• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli nazir: Bizim üçün Azərbaycan qazı ən ucuz qazdır

Türkiyəli nazir: Bizim üçün Azərbaycan qazı ən ucuz qazdır
26.10.2015 12:15
Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Əli Rza Alaboyun BOTAŞ Türkiyənin Azərbaycan qazının idxalından 10 milyard dollar zərər etməsi məsələsinə aydınlıq gətirib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir səslənən fikirlərin əsassız olduğunu bildirib.

"Bu günə qədər Azərbaycandan aldığımız qaza görə, ödədiyimiz məbləğin həcmi 10 milyard dollara çatmayıb ki, biz bu qədər zərər edək. Belə məsələ istənilsə belə ola bilməz” - deyə, nazir qeyd edib.

Nazir bildirib ki, Azərbaycandan Türkiyəyə iki mənbədən qaz gəlir və bu ölkənin qazı ən ucuz qazdır:

"Azərbaycandan Türkiyəyə iki mənbədən qaz ixrac edilir. 6,6 milyard kub metrlik mənbədən ixrac edilən qaz gəldiyi kimi BOTAŞ-ın sisteminə daxil edilir. Türkiyə Azərbaycan qazının idxalına görə zərər çəkmir.

Biz dəqiq deyə bilərik ki, Azərbaycan qazı Türkiyənin idxal etdiyi ən ucuz qazdır. Və təbii ki, bununla əlaqədar heç bir irad əsaslandırılmış ola bilməz. Türkiyə 2001-ci ildən Azərbaycan qazı alır”, - nazir bildirib.

Nazir onu da vurğulayıb ki, Türkiyə heç bir ölkədən idxal etdiyi qaza görə zərər etmir.

Alaboyun həmçinin xatırladıb ki, Azərbaycan və Türkiyə yeni qaz çatdırmaları üçün TANAP-ın inşası üzrə razılığa gəliblər:

"İki ölkə qaz əməkdaşlığının nümunəsini yaradan saziş imzalayıblar. Bu razılaşmalara görə, türk BOTAŞ-nın TANAP-dakı payı 20%-dən 30%-ə qədər, Turkish Petroleumun (TPAO) Şah-Dəniz layihəsində və Cənubi Qafqaz boru kəmərində isə 9%-dən 19%-ə qədər artıb. Beləliklə də Türkiyənin dövlət şirkətləri Azərbaycan qazına dair istehsal-nəql-satış zəncirində "səs hüququna” sahibdirlər”, - nazir əlavə edib.

O, Nabucco qaz kəməri layihəsinin ləğv edilməsi səbəblərinə dair iradları təkzib edib:

"Nabucco Azərbaycan və türkmən qazının Türkiyədən keçərək Avropaya çatdırılması üçün nəzərdə tutulmuşdu. Bundan başqa, İran və İraq qazı da bu kəmərə əlavə edilə bilərdi. Amma layihə yüksək maliyyə dəyəri səbəbindən həyata keçirilə bilməz, TAP layihəsini seçən Şah-Dəniz konsorsiumu tərəfindən qəbul edilmədi”, - nazir deyib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol