• $
  • €
  • ₽
  • ₺
  • £

Bu evlər məcburi köçkünlərdən geri alınacaq

Bu evlər məcburi köçkünlərdən geri alınacaq
19.11.2015 15:34
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hər il yataqxanalarda, yaxşı şəraiti olmayan yerlərdə, müxtəlif zavod və fabriklərin anbarlarında yaşayan məcburi köçkünlər müxtəlif qəsəbələrə köçürülür. Lakin bəzi hallarda məcburi köçkünlər bir neçə yerdə qeydiyyatdan keçməklə evlər paylanılan zaman daha çox ev almaq istəyirlər. Nəticədə bəzi saxtakarlıqlarla evləri əldə etsələr də, sonradan orada yaşamırlar. Bu gün Dövlətqaçqınkom bununla bağlı məcburi köçkünlərə xəbardarlıq edib. 

"Bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər. 

"Dövlətqaçqınkom” bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”. 

Bəs, həmin şəxslər bu iradları da nəzərə almayıb, onlara ödənilən xərclər kəsildikdən sonra belə evləri təhvil verməsələr, onların aqibəti necə olacaq? Hər halda bu gün hələ də yaxşı şəraiti olmayan yerlərdə yaşayan və öz növbələrini gözləyən yüzlərlə məcburi köçkün var. Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Kazımov Modern.az-a açıqlamasında bildirib ki, həmin şəxslərə əvvəllər də xəbardarlıq edilib. Lakin buna diqqət yetirmədikləri üçün bu dəfə rəsmi şəkildə xəbardarlıq edilib və vaxt verilib. 

"Əgər məcburi köçkünlər xəbardarlığı diqqətə almasalar və mənzilləri təhvil verməsələr, ondan sonra nələrin olacağına həmin vaxtı baxılacaq. Bəlkə xəbardarlıqdan sonra onlar öz mənzillərində yaşayacaqlar. Əgər yaşamasalar qanunvericiliyə uyğun olaraq tədbir görüləcək. İndi bu barədə konkret bir söz deyə bilməyəcəm. İlkin onlara xəbardarlıq olunur” deyə qurumun sözçüsü vurğulayıb. 

Modern.az saytının məlmatına görə, məsələ baş nazirini müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun şəxsi nəzarətindədir. Ehtiyacı olmayan məcburi köçkünlərə verilən evlərin geri alınacağı gözlənilir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol