• $
  • €
  • ₽
  • ₺
  • £

Dəmir yolunda daha bir yenilik

Dəmir yolunda daha bir yenilik
19.11.2015 15:00
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin istismarında olan lokomotivlərin istismar müddətinin keçməsini nəzərə alaraq, inventar parkının yeniləşdiriləcək. Bu məqsədlə Qazaxıstanın "Lokomotiv quraşdırma” Səhmdar Cəmiyyəti ilə 10 ədəd yeni istehsal edilən, yükdaşımada istismarı nəzərdə tutulan TE33A "Evalution” tipli teplovozun alınması üçün müqavilə imzalanıb.

Bu haqda Modern.az saytına məlumat verən "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, Cavid Qurbanovun rəhbərliyi altında dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır:

"TE33A "Evalution” tipli teplovoz müasirliyi ilə yanaşı, dizel yanacağı sərfinə görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilmiş, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır”.

Bu teplovozların birincisi avqustun 3-də Çinin Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə göndərilib.

Həmin teplovozlardan 5 (beş) ədədi artıq Azərbaycana gətirilib, yerli şəraitə uyğun sınaqdan çıxarılıb, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilib.

Bu teplovozların istismarı zamanı müəyyən edilib ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35 faiz qənaət etməklə sahə üzrə 3200 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.

Bundan başqa "Azərbaycan Dəmir Yolları” QSC ilə Estoniyanın "Hanseatic Rail LLC” şirkəti arasında bağlanan müqaviləyə əsasən 4 (dörd) ədəd yeni quraşdırılmış, müasir VL-11m6 seriyalı elektrovoz alınıb.

Bu elektrovozlar 2014-cü ildə istehsal edilib, çəkisi 184 ton, gücü 5680 kVt, sahə üzrə 3500-4000 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.

Alınan hər iki növ lokomotivlərdə müasir təhlükəsizlik avadanlıqları quraşdırılıb, lokomotiv briqadalarının işləməsi üçün bütün şərait yaradılıb, kondisioner, soyuducu və mikrodalğalı qızdırıcılarla təchiz edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol