• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Azərbaycan dünya kosmik ailəsinə qoşulub

İlham Əliyev: Azərbaycan dünya kosmik ailəsinə qoşulub
02.12.2015 19:33
Prezident İlham Əliyev "BakuTel - 2015” 21-сi Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını təbrik edib.

ANN.Az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir: 

"Hörmətli sərgi və konfrans iştirakçıları! 

Sizi səmimi qəlbdən salamlayır və "BakuTel – 2015” 21-ci Azərbaycan beynəlxalq sərgi və konfransının işə başlaması münasibətilə təbrik edirəm.

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır. Respublikamızda informasiya cəmiyyətinin əsaslarının qurulması yolunda mühüm addımlar atılır. Genişzolaqlı internet xidmətlərinin, ən yeni texnologiyaların istifadəsi və rəqəmli televiziya yayımı genişləndirilir, müasir idarəetmənin təmin olunması və şəffaflığın gücləndirilməsi üçün "elektron hökumət” quruculuğu istiqamətində ardıcıl iş aparılır. "Bir pəncərə” prinsipi üzrə təşkil edilmiş elektron xidmətlərin istifadəçilərinin sayı sürətlə artmaqdadır.

Ölkəmiz "Azerspace-1” və "Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Azərbaycanın təşəbbüskarı olduğu və mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən "Trans-Avrasiya Böyük İnformasiya Magistralı” və "Avropa – Yaxın Şərq İnformasiya Magistralı” layihələri uğurla həyata keçirilir. Texnologiya parklarının yaradılması, qabaqcıl texnologiyaların təhsildə tətbiqi, istehsal və investisiya yönümlü innovativ layihələrə dövlət dəstəyi ölkədə və regionda yüksək texnologiyalar sektorunun inkişafına xidmət edir.

Ənənəvi xarakter almış bu sərgi və konfrans son nailiyyətlərin nümayişi, təcrübə mübadiləsi və işgüzar əlaqələr baxımından böyük imkanlara malikdir. Bu il milli pavilyonları ilə təmsil olunan ölkələrin sayının daha da çoxalması tədbirinizin əhatə dairəsinin genişləndiyini göstərir. Əminəm ki, iştirakçı dövlətlərin təmsilçiləri, alimləri, mütəxəssisləri, ictimaiyyət və biznes nümayəndələri arasında səmərəli görüşlər, konfransda dinləniləcək məruzə və çıxışlar beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşməsinə öz töhfəsini verəcəkdir.

Sizə bu məsul və şərəfli işinizdə yeni uğurlar arzulayıram”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol