• $
  • €
  • ₽
  • ₺
  • £

Akselerator proqramı Sup.az-ın açılışı oldu

Akselerator proqramı Sup.az-ın açılışı oldu
10.12.2015 12:50
Azərbaycanda Startapların fəaliyyətini sürətləndirmək məqsədi ilə akselerator proqramının fəaliyyətinə start verildi. 

Bu günlərdə Azərbaycanda intensiv akselerator proqramı Sup.az-ın açılışı baş tutub. 

Proqramın əsas məqsədi startapların həm ölkə həm də ölkə xaricində böyüməsinə təkan verməkdir.  Yerli və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə Bakının gələcəkdə texnoloji mərkəzə çevrilmə potensialı da müzakirə olundu. Sup startapların ilkin mərhələsində təhsil, təcrübə paylaşımı, maliyələşmə, texniki və marketinq dəstəyi kimi bir sıra xidmətləri təqdim edəcək. 

Sup özünü daha çox beynəlxalq startap ekosisteminə yaxşı bələd olması və inteqrasiya olması ilə fərqləndirməyə çalışır.  Proqram zamanı beynəlxalq mentorlarla yanaşı yerli uğurlu sahibkar və biznesmenlər də öz təcrübələri və tövsiyələrini startaplarla paylaşacaqlar. 

3 aylıq proqram ərzində startaplar öz məhsullarını işlək vəziyyətə gətirib, kiçik də olsa müəyyən dövriyyəni əldə etmələri tələb olunur. 3 ayın sonunda startaplar və potensial investorlarla görüşün təşkil edildiyi Demo Day keçiriləcək. Sup.az yerli staraplar üçün bir növü qaynayan qazana çevriləcək. Təcrübələrin, biliklərin və ideyaların məcazi mənada bərabər bişdiyi bir məkan. 

Göstərilən dəstək və xidmətlərin əvəzinə Sup.az hər bir layihədə 2-12% həcmində payçı olmağı planlaşdırır. 

"Əsas məqsədimiz keyfiyyətli startapların meydana gəlməsi və onları qloballaşdırmaq üçün zəruri şəraiti yaratmaqdır. Qloballaşmanın ilkin mərhələsi kimi Avropanın bəzi texnoloji mərkəzlərini ağlımızdan keçiririk. Berlin və London ağırlıq təşkil etməklə bir sıra avropa akseleratorları artıq münasibətlər qurulmuşdur. Maliyyələşmə hal-hazırda yerli startaplar üçün əsas problemlərdən biridir, bu istiqamətdə Avropa və Yaxın Şərqdəki partnyorlarımızın imkanlarından istifadə etməyi düşünürük” deyə layihənin təsisçilərindən Məmməd Kərimov fikrini bildirmişdir.   

"Akselerator proqramının məzunlarının şəbəkəsinin yaradılması və gələcəkdə onların mentorlarla uzun müddətli münasibətlərinin qurulması əsas prioritet istiqamətlərimizdən biridir. İkinci əsas dəyərimiz isə startaplara verəcəyimiz texniki dəstəklərdir ki, bunun dəyərininn çox olduğuna inanırıq” deyə layihənin təsisçilərindən Nail Vəliyev öz fikrini bildirib. 

Xatırladaq ki, Sup.az akselerator proqramı ATL və Khazar Ventures şirkəti tərəfindən birgə səylər nəticəsində meydana gəlib.
 






www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol