• $
  • €
  • ₽
  • ₺
  • £

"Bank sektorundakı problemlərlə bağlı xüsusi iclas keçirilməlidir"

"Bank sektorundakı problemlərlə bağlı xüsusi iclas keçirilməlidir"
11.12.2015 16:20
"Azərbaycanın bank sistemində olan problemlər məni bir iqtisadçı kimi narahat edir”.

"APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklərin edilməsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

V. Əhmədov bildirib ki, normal iqtisadi siyasət aparmağın əsas prinsiplərindən biri bank sisteminin yüksək səviyyədə işləməsi ilə birbaşa bağlıdır. Bunları əsas gətirən millət vəkili Azərbaycanın bank sistemində vəziyyətlə əlaqədar xüsusi iclasın keçirilməsi təklifi ilə çıxış edib: "İstər bank faizlərinin yüksək olması, istərsə də digər problemlər, xüsusilə də fevral devalvasiyasından sonra bankların özlərində yaranmış problemlər əlbəttə bizi məcbur edir ki, biz bu sistemlə məşğul olaq. Birinci təklifim ondan ibarətdir ki, ümumiyyətlə, biz yaxın zamanda bank sistemindəki vəziyyətlə əlaqədar xüsusi iclas keçirək. Mümkündürsə, bu məsələni plenar iclasda, yaxud komitənin iclasında müzakirəyə çıxaraq. Mən bankları günahlandırmıram, devalvasiyadan sonra onların özlərində də çox ciddi problemlər yaranıb. Bu problemləri həll etmək üçün hökumət bu işə qarışmalıdır. Mənim şəxsən bank sistemi ilə əlaqədar öz təkliflərim var. Müzakirə zamanı onları səsləndirəcəyəm. Biz öz köməkliyimizi göstərməliyik. Bankları da dinləmək lazımdır".
Sosial səhifələrdə paylaş


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol