• $
  • €
  • ₽
  • ₺
  • £

Bloomberg Azərbaycandakı devalvasiyadan yazdı

Bloomberg Azərbaycandakı devalvasiyadan yazdı
22.12.2015 11:05
Azərbaycan və Argentina Mərkəzi Banklarının 2015-ci il ərzində məzənnə siyasətində dəyişiklik etmələri 1997-ci ildə müşahidə edilən "Asiya böhranı”nı xatırladıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Bloomberg yazır ki, Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faizlərin artımı barəsində qərarı regiona öz təsirini göstərib və bu hadisələr 1997-ci ildə müşahidə edilən "Asiya böhranı”nı xatırladıb. 

"Cari il Vyetnamın dongunun dəyərinin aşağı salınması ilə başlayıb. Dekabr ayında isə Argentina və Azərbaycan peso və manatı devalvasiya edib. Bu addımlardan sonra hər iki pul vahidi üzən məzənnə rejiminin tətbiqi ilə birlikdə təxminən 30% ucuzlaşıb.

Siyasətçilər ixracatda rəqabət gücünün zəiflədiyini və valyuta ehtiyatlarının azaldığını və bu vəziyyətin, sabit məzənnə rejiminin davam etdirilməsinin böyük xərc tələb etdiyini bildiriblər”, - deyə, dərgidə yazılıb.

Commerzbank AGDEN Simon Quijano-Evansa görə, bu il çəkilən sabit məzənnə rejiminin sayı 1997-ci ili ağıllara gətirib. 

Londonda Commerzbankın inkişaf edən bazar strateqi Quijano-Evans deyib ki, ölkələr uzun müddət sabit məzənnə rejimində qalarsa, həmin ölkələrin valyuta ehtiyatları daha çox əriyəcək. Bu halda, büdcəni doldurmaq və gəlirləri təmin etmək üçün neftdən güclü bir asılılıq yaranacaq. 

Bloomberg 2015-ci ildə baş verən devalvasiya və üzən məzənnə siyasətinə keçən ölkələrin siyahısını hazırlayıb:

1. Argentina pesosu 29% dəyər itirib. 

2. Azərbaycanda üzən məzənnə rejiminə keçid manatın son 20 ildə ən aşağı səviyyəyə düşməsinə gətirib çıxartdı. 

3. Qazaxıstan milli pul vahidi təngə 23% dəyər itirib.

4. Çində müşahidə edilən iqtisadi zəifliyin yuanın üzərindəki təzyiqdən sonra bu pul vahidi də dollar qarşısında ucuzlaşdırılıb. 

5. Misir isə valyuta ehtiyatlarının kəskin azalmasına görə, 3 dəfə milli pul vahidini, yəni Misir funtunu devalvasiya edib. 

6. Oxşar hadisələr, Şri-Lanka və Cənubi Sudanda da müşahidə edilib. Cənubi Sudan milli pul vahidini nə az, nə çox düz 84% ucuzlaşdırıb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol