• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar kreditləri ilə bağlı – YENİ MƏLUMAT

Dollar kreditləri ilə bağlı – YENİ MƏLUMAT
28.12.2015 16:15
Azərbaycanda dollarla götürülmüş kreditlər üzrə məzənnə fərqinin örtülməsi yalnız 5-10 min dollar məbləğində olan kreditlərə şamil edilə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə bank sahəsindəki mənbədən məlumat verilib.

"Belə bir ideya var ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın devalvasiyası nətcəsində dollar kreditləri üzrə yaranmış məzənnə fərqini kompensasiya edəcək. Bu güzəştin 5-10 min dollaradək olan kreditləri əhatə etməsi təklif olunur. Lakin son olaraq hansı qərarın veriləcəyini söyləmək çətindir”,- deyə mənbə bildirib.

O söyləyib ki, bu məsələ ötən cümə günü AMB-nin banklar birliyinin nümayəndələri ilə görüşü zamanı müzakirə olunub.

Mənbə bildirib ki, banklar birliyinin hesablamalarına görə, bu təklif qəbul edilərsə, AMB 500 mln. manatadək maliyyə dəstəyi verə bilər.

"Effekt böyük deyil - 400-500 mln. manata yaxındır. Lakin bu, cəmiyyətdəki gərginliyi azaltmağa kömək edəcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bazar günü ATV telekanalına müsahibəsində bildirib ki, banklar birliyi bu məsələdə AMB-nin dəstəyinə ümid edir. 

"AMB dəstək göstərərsə, banklar dollar kreditləri üzrə ödənişləri əvvəlki məzənnə (dekabrın 21-nə qədər olan məzənnə) ilə qəbul etməyə hazırdır və borcluların öz kreditlərini tezliklə ödəmələrində maraqlıdırlar”, - deyə Z. Nuriyev bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol