Azərbaycanda siqaret yenidən bahalaşdı

Azərbaycanda siqaret yenidən bahalaşdı.
Bu barədə haqqin.az-a ticarət şəbəkələrinin əməkdaşları məlumat verib.
Məlumata görə, qiymət artımı demək olar ki, bütün siqaret markalarına şamil edilib. Orta hesabla siqaretlərin bir qutusu markasından asılı olaraq 0,5-0,8 manat bahalaşıb.
Belə ki, "Sobranie” siqaretinin bir qutusu indi 4,3 manatadır, halbuki dünən 3,7 manata idi. Bu markadan olan siqaretin bir qutusu dekabr devalvasiyasına qədər 2,5 manata satılırdı.
"Winston” markalı siqaretlər də 3,2 manata qədər bahalaşıb, dünən bu siqaretin bir qutusu 2,8 manata satılırdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















