• $
  • €
  • ₽
  • ₺
  • £

“Unicapital İnvestisiya Şirkəti” ASC bazarda fəaliyyətini genişləndirəcək

“Unicapital İnvestisiya Şirkəti” ASC bazarda fəaliyyətini genişləndirəcək
12.01.2016 15:20
Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan "Unicapital İnvestisiya Şirkəti”, qiymətli kağızlar bazarında lider mövqeyini daha da artıracaq.

 "Unicapital İnvestisiya Şirkəti” ASC tam investisiya şirkəti fəaliyyətini həyata keçirmək üçün yanvarın 8-də İqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alıb.

Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan "Unicapital İnvestisiya Şirkəti”, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uzun illərə dayanan uğurlu bazar təcrübəsi sayəsində "Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşdır. "Unicapital İnvestisiya Şirkəti” şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərəcək. Şirkət qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların öhdəlik götürmədən və öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi, marja ticarəti kimi əsas investisiya xidmətləri göstərəcək.

İnvestorlar "Unicapital İnvestisiya Şirkəti”nin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdikləri əqdlərin bağlanması zamanı kredit və ya digər formada borc verilməsi, qiymətli kağızlar bazarında investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması kimi yardımçı investisiya xidmətlərindən də istifadə edə biləcəklər.

Hazırda "Unicapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 300.000 manat təşkil edir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol