• $
  • €
  • ₽
  • ₺
  • £

PA rəsmisi iqtisadi böhrandan danışdı

PA rəsmisi iqtisadi böhrandan danışdı
18.01.2016 14:08
Dünyada gedən qlobal proseslər Azərbaycandan da yan keçmir. Çünki Azərbaycan dünyanın tərkib hissəsidir. Çətinliklərin yaşanmasında təəccüblü hansısa məqam yoxdur.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

O bildirib ki, Azərbaycan dövləti ötən əsrin 90-cı illərin olduğundan qat-qat güclüdür.

"O illərdən fərqli olaraq bu gün Azərbaycan xalqı daha mətindir. Dövlətlə xalqın əlbir olması çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək. Böhran təzahürlərinin aradan qaldırılması üçün dövlət tədbirlər görür. Sadəcə, bizi narahat edən məsələ ondan ibarətdir ki, Azərbaycanda gözü olan, Azərbaycanı öz yedəyində aparmağa çalışan xarici dairələr bu vəziyyətdən istifadə etməklə dəridən qabıqdan çıxır. 

Azərbaycandakı "5-ci kolon" da onların dəyirmanına su tökməklə xalqı çaşdırmaq, hüquqa zidd əməllərə yol verməklə, qarışıqlıq salmaq istəyir, yaranmış çətinliklərdən istifadə etməyə çalışır. Ziyalılar, ağsaqqallar bu məqamda öz kəsərli sözlərini deməlidirlər”, - deyə Ə.Mehdiyev bildirib.

O qeyd edib ki, Azərbaycana uzanan əllərin kəsiləcək, xarici dairələrin məqsədlərinə çatmasına imkan verilməyəcək.

"Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı. Azərbaycan bu problemlərə sinə gərərək, özünün iqtisadi potensialına güvənərək, bu böhranı dəf edə bilmişdi”, - deyə PA rəsmisi vurğulayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol