• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Şərifov: "Büdcə üçün əlavə gəlir mənbələri tapılmalıdır"

Samir Şərifov: "Büdcə üçün əlavə gəlir mənbələri tapılmalıdır"
20.01.2016 11:21
Maliyyə naziri büdcə dəyişikliklərinin zəruriliyini vurğulayıb
İlk xəbər saat 10:46-da verilib

Azərbaycanda sosial təminatın gücləndirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində dəyişilik edilməsinə zərurət yaranıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir deyib ki, ilkin olaraq büdcədə neftin baza qiyməti 50 dollar/barelindən götürülüb : "Həmçinin xərclərin təmin edilməsi üçün əlavə gəlir mənbələri tapılmalıdır". 

Qeyd edək ki, büdcədə neftin baza qiymətinin 30 dollar/barelə qədər azaldılması nəzərdə tutulub.

***

S.Şərifov bildirib ki, ilk növbədə yeni məzənnə siyasəti ilə bağlı olan müəyyən qiymət artımı ilə əlaqədar büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək: "Bu artımın təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar verilir. Bununla əlaqədar Prezident İlham Əliyevin xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq".
Əmək haqlarının artırılması, habelə məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması üçün zərurət yarandığını qeyd edən nazir əlavə edib ki, digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə ehtiyac var.
"Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik və bu məsələlər yeni büdcədə əksini tapmalıdır", - deyə S.Şərifov bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol