• $
  • €
  • ₽
  • ₺
  • £

“Fitch” “AGBank”la “DəmirBank”ın konsolidasiyasını qiymətləndirdi

“Fitch” “AGBank”la “DəmirBank”ın konsolidasiyasını qiymətləndirdi
04.02.2016 23:49
"Fitch" beynəlxalq reytinq agentliyi "AGBank" və "DəmirBank"ın reytinqinə yenidən baxıb.

"APA-Economics" xəbər verir ki, agentlik "AGBank"ın dayanıqlılıq reytinqini "ccc" səviyyəsindən "f"-ə endirib. Agentlik bunu bankın artıq fəaliyyət göstərə bilməməsi ilə əlaqələndirib.

Analitiklərin fikrincə, "AGBank" dayanıqlığını itirib və təcili dəstəyə ehtiyacı var.
 
"Fitch” "AGBank”ın "DəmirBank"la konsolidasiyasına da münasibət bildirib. Agentlik hesab edir ki, birləşmə baş verərsə və bu prosesdən əvvəl "AGBank"a kapital dəstəyi göstərilərsə, bu zaman bankın uzunmüddətli emitent üzrə defolt reytinqi "CCC" səviyyəsindən yuxarı qalxa bilər. "Konsolidasiya prosesi baş verməzsə və banka kapital dəstəyi göstərilməzsə, biz reytinqi aşağı salmalı olacağıq", - deyə hesabatda bildirilir.

Devalvasiya nəticəsində "DəmirBank"ın kapital mövqeyinin zəifləməsini, aktivlərinin keyfiyyətinin pisləşməsini qeyd edən agentlik ekspertləri bankın "AGBank"la birləşməsinin riskli olduğunu düşünür: "Zəif kapitallı "AGBank"la birləşmə "DəmirBank"ın kredit profilini və reytinqini təzyiq altında qoya bilər".

Hər iki bankın menecmentindən "Fitch” agentliyinə bildirilib ki, konsolidasiya prosesi yalnız səhmdarların və Mərkəzi Bankın zəruri maliyyə dəstəyi nəticəsində baş verə bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol