• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana dərmanların keyfiyyətli idxalı üçün yeni təklif

Azərbaycana dərmanların keyfiyyətli idxalı üçün yeni təklif
05.02.2016 09:36
Azərbaycana idxal olunan dərman vasitələrinin yoxlama müddəti ərzində saxlanma yerinin dəyişdirilməsi təklif edilir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, mövcud qanunvericiliyə görə, dərmanlar Azərbaycana idxal olunanda gömrük terminalında saxlanılır, Səhiyyə Nazirliyinin idarələri tərəfindən dərmanlardan nümunə götürülür və analiz edilir, sonra dərmanların sənədləri yoxlanılır və Səhiyyə Nazirliyi tərəfindən dərmanların gömrük terminalından buraxılmasına icazə verilir.

M.Quliyev bildirib ki, bu fəaliyyətin qanunla tənzimlənməsi qaydası belədir: "Bəzən olur ki, bu proses bir aya qədər müddəti əhatə edir, bəzən tez və ya gec olur. Dərman elə bir vasitədir ki, onun saxlanmasının xüsusi işıq rejimi, saxlanma temperaturu olmalıdır".

Deputat qeyd edib ki, elə dərmanlar var ki, minus dərəcə temperaturda saxlanmalıdır: "Elə dərmanlar var ki, +20 dərəcəyə qədər temperaturda saxlanmalıdır və s. Dərman idxalçısının anbarında bu xüsusi rejim var. Çünki bu şərait olmasa, onlara ümumiyyətlə, lisenziya verilməz. Amma gömrük terminalında belə rejim yoxdur və olmalı da deyil”.

M.Quliyev həmçinin bildirib ki, dərmanların Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması müddətində gömrük terminalında saxlanması dərmanların keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər: "Biz təklif edirik ki, qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Dərmanlar xaricdən gətiriləndə Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının nəzarəti altında dərmanları gətirən şirkətin və ya sahibkarın anbarına yerləşdirilsin. Səhiyyə Nazirliyi nümunələr götürdükdən sonra isə anbar möhürlənsin. Səhiyyə Nazirliyi dərmanların satışa buraxılmasına icazə verdikdən sonra Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən dərman vasitələri onları ölkəyə idxal edən şirkət nümayəndələrinə təhvil verilsin”.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol