• $
  • €
  • ₽
  • ₺
  • £

Benzin ucuzlaşmayacaq

Benzin ucuzlaşmayacaq
07.02.2016 12:01
"Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur".

ANS PRESS-in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev gənc neftçilərlə görüşdə bildirib.

"Bizdə neftin qiymətini Tarif Şurası ümumi Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda neftin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur", - deyə Rövnəq Abdullayev bildirib.

Dünya bazarında qara qızılın qiymətinin ucuzlaşması fonunda gündəmə gələn məsələlərdən biri də benzinin qiymətində dəyişikliyin ola biləcəyi ilə bağlı idi. Amma SOCAR rəhbəri bu suallara aydınlıq gətirərək bildirdi ki, Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur.

Hazırda Azərbaycanda yalnız Aİ-92 markalı benzin istehsal olunur. Aİ-95 və Aİ-98 markalı benzinlər isə xaricdən idxal olunur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, hazırkı dövrdə qiymətdə dəyişiklik edilməsi səmərəli deyil. Əgər benzinin qiyməti ucuzlaşarsa, o zaman büdcə gəlirləri azalacaq.

"Əgər yanacağın qiyməti artırılarsa, bu, büdcəyə, eləcə də əhaliyə böyük zərbədir. Təsəvvür edin ki, yanacaq bahalaşarsa, yemək də, ərzaq da, geyim də, ümumiyyətlə bazarda nə varsa hamısı bahalaşacaq. Bu da büdcədə yenə kəsirlərə, ixtisarlara səbəb olacaq. Ona görə hökumət qiyməti tənzimləməyə çalışır". -deyə mütəxəssis əlavə etdi.

İqtisadçı ekspert Samir Əliyev isə belə düşünmür. O hesab edir ki, yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Bu da öz növbəsində malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azaldar.

"Hazırda Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır.

Azərbaycanda Aİ-92 benzini ( 0.70 AZN), Aİ-95 (premium) benzini 0,47 avro (0.95 AZN), dizel isə 0,35 (0.60 AZN) avroya bərabərdir. 
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol