• $
  • €
  • ₽
  • ₺
  • £

Dollar ucuzlaşır, bəs ərzaq? - AÇIQLAMALAR

Dollar ucuzlaşır, bəs ərzaq? - AÇIQLAMALAR
12.02.2016 14:03
Sonuncu devalvasiyadan sonra ölkədə ərzaq məhsullarının da qiymətində bahalaşma baş verirdi. Bir müddət əvvəl 1 dollar 1 manat 70 qəpiyə qədər qalxsa da,  hazırda xeyli ucuzlaşma müşahidə olunur. Buna baxmayaraq, ərzaq, yaxud digər məhsullar bahalaşdığı səviyyədə qalıb. Yəni dolların məzənnəsinin enməsi qiymətlərə təsir göstərməyib. Halbuki qiymətlərin qalxmasını dolların kursunun bahalaşması ilə əlaqələndirirdilər. Bəs indi dollar ucuzlaşırsa, bu ərzaq və digər malların qiymətinə niyə təsir etmir? 

Bunun səbəbinin araşdırmaq məqsədilə ANN.Az əməkdaşı deputat Vahid Əhmədovun, iqtisadçı ekspertlər Rəşad Həsənovun, Oqtay Haqverdiyevin fikrini öyrənib.


"Etiraf edək ki, ölkədə qiymət artımı hələ də var” – Vahid Əhmədov

Deputat Vahid Əhmədov bildirib ki, devalvasiyadan sonra ərzaq məhsullarının bahalaşmasını hər kəs başa düşürdü: "Dolların  məzənnəsində ciddi dəyişiklik yoxdursa, ötən müddət ərzində hətta dolların kursunda müəyyən enmələr baş veribsə, deməli, ərzağın da qiymətində müəyyən dəyişikliklər olmalıdır.  Ancaq bəzi möhtəkirlər vəziyyətdən istifadə edib buna əməl etmirlər”. 

Deputat  əlavə edib ki, qiymət artımı məsələsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ciddi məşğul olmalıdır:  "Bu qurum bütün yerlərdə yoxlamalar aparıb, nəzarət həyata keçirirlər. Amma ola bilsin bir-iki adam onların nəzarətindən kənarda qalıb və belə hadisələr baş verib. Etiraf edək ki, ölkədə  qiymət artımı hələ də var”. 


Qiymətlər hələ də devalvasiyanın tələblərinə uyğun deyil – İqtisadçı Rəşad Həsənov

İqtisadçı ekspert Rəşad Həsənov hesab edib ki, bu doğru yanaşma deyil: "Bazar iqtisadiyyatı olan ölkədə bu şəkildə yanaşma ortaya qoymaq səhv addımdır. Əgər qiymət siyasətinə təsir göstərilərsə, bu o deməkdir ki, artıq administrativ bir sfera formalaşdırılır. Bu da bazar iqtisadiyyatının nəzəriyyəsinə uyğun deyil. Bazarda liberal şərtlər yaradılarsa, heç kim Azərbaycanda süni qiymət artımından söhbət apara bilməz”. 

Ekspert əlavə edib ki, hələ də ərzaq məhsullarının qiymətləri devalvasiyanın tələbləri ilə uyğunlaşmayıb: "Çünki dolların kursunun kəskin bahalaşdığı vaxtda qalxan ərzaq qiymətləri əslində devalvasiyanın tələbinə uyğun olmayıb. Bunun da müxtəlif səbəbləri var. Hələlik hökumət administrativ təzyiqlərlə müəyyən qədər ictimai gərginliyi qiymət sferasında yumuşaltmağa çalışır, bahalaşmanın mümkün qədər ləng templə getməsini təmin etməyə cəhd göstərir. İkinci səbəb isə məcmu tələbin aşağı düşməsi ilə əlaqədardır. Qiymətlər sürətlə qaldırlan zaman tələb aşağı düşür, nəticədə dövriyyə kiçilir və alıcılıq qabiliyyəti tamamilə itir. Bu iki səbəbdən hazırda ölkədə qiymətlər devalvasiyanın tələbinə uyğun bahalaşmayıb. Bu baxımdan düşünmürəm ki, dolların məzənnəsində kiçik dəyişikliyə görə, qiymətlərin endirilməsi üçün hansısa təzyiqlər olmalıdır”.      


Dollar 1 qəpik ucuzlaşan kimi hamı əl ayağa düşür – İqtisadçı Oqtay Haqverdiyev 

İqtisadçı ekspert Oqtay Haqverdiyev ərzaq məhsullarında ciddi qiymət dəyişiklik olması üçün dolların məzənnəsinin kəskin şəkildə dəyişmədiyini deyib: "Dolların məzənnəsində 1 qəpik dəyişilik olan kimi hamı əl-ayağa düşür. Bu dəyişilik əslində heç nədir. Əgər dolların məzənnəsində, yəni aşağı-yuxarı, 20-30 faizlik dəyişiklik olsaydı, o zaman hansısa qiymət mövzusuna toxunmaq olardı. Axı indi heç bir şey baş verməyib. Bir-iki qəpik ucuzlaşmaya görə demək olmaz ki, ucuzlaşma olmalıdır və ya manat möhkəmləndi. Bir dəfəlik yadda saxlamaq lazımdır ki, manat artıq heç vaxt öz köhnə məzənnəsinə qayıtmayacaq. Bunu, ümumiyyətlə, yaddan çıxarmaq lazımdır”.

Məsələ ilə əlaqədar İqtisadiyyat nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, artıq iki həftədir ki, dolların manata nisbətdə olan məzənnəsində ucuzlaşma müşahidə olunur.          

Orxan Aslanlı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol