• $
  • €
  • ₽
  • ₺
  • £

"Texnikabank" əmanətçilərinə 123,2 milyon manat kompensasiya

"Texnikabank" əmanətçilərinə 123,2 milyon manat kompensasiya
12.02.2016 16:43
Sığorta hadisəsi baş vermiş "Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu gündən etibarən agent bankların filiallarında başlanılıb. 
 
"APA-Economics”in məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib ki, bu bankın 20 340 qorunan əmanətçisinə 123 mln. 166 min 426 manat kompensasiya veriləcək.
 
Xatırladaq ki, 30 iyul 2007-ci ildən fonda üzv olan "Texnikabank” ASC-də 4 fevral 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
 
Fondun Himayəçilik Şurasının fevralın 11-də verdiyi qərara əsasən sığorta hadisəsi baş vermiş "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank” ASC, "Rabitə Bank” ASC, "Unibank” ASC və "Kapital Bank” ASC seçilib.
 
Ərizə formalarını qorunan əmanətçilər 12 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş "Texnikabank” ASC-nin filiallarından, agent banklarin filiallarından və www.adif.az saytından əldə edə bilər.
 
Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq "Texnikabank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər.
 
Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
 
Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:
 
(012) 596 65 91/92/93 və"941” nömrəli qaynar xətt

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol