• $
  • €
  • ₽
  • ₺
  • £

"Skype" istifadəçiləri hakerlər tərəfindən izlənilir

"Skype" istifadəçiləri hakerlər tərəfindən izlənilir
12.02.2016 18:01
"Palo Alto Networks” şirkətinin mütəxəssisləri ekran skrinşotları (screenshot) edən həmçinin "Skype"da danışıqları qeydə alan tam yeni bir növ "T9000 troyan” proqramı aşkar ediblər.

Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, mütəxəssislərin açıqlamalarından o nəticəyə gəlmək olar ki, istifadəçilərə dair məlumat toplamaq həmin virusun ilkin hədəfidir - videozənglər etdikdə, istifadəçinin fotosu çəkilib yaddaşa verilir və danışıqlar yazılır. Yüksək professionallıqla hazırlanmış kod tərkibi olduğu üçün "troyan” antiviruslardan yayına bilir. Əgər kompüterdə "skype” işə salınmışsa o istifadəçiyə "explorer.exe wants to use Skype” (explorer.exe Skype-dən yararlanmaq istəyir) mesajı göndərir və bunu standart brauzerin sorğusu olduğunu düşünən istifadəçi "T9000 troyan”ına tam giriş icazəsini vermiş olur. Beləliklə, istifadəçi tora salınır.

Rich Text Format (RTF) uzantısında olan fayllar işə düşdükdə kompüter virusa yoluxur. Bundan sonra "T9000 troyan”ı çoxpilləli quraşdırma prosesinə başlayır və hər addımda antivirus proqramının olub-olmadığını yoxlayır. Tam yoxlamadan sonra virus yoluxmuş sistem haqqında məlumatları toplayıb hakerin serverinə göndərir. Proqram sizin danışıqlarınızın audio və video qeydlərini "%APPDATA%IntelRoamingSkype” qovluğunda saxlayır.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi troyandan qorunmaq üçün elektron poçtla işləyərkən daha diqqətli olmağı, tanımadıqları şəxslərdən gələn və ən əsası ".RTF” uzantısı ilə olan qoşma faylları açmamağı tövsiyə edir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol