• $
  • €
  • ₽
  • ₺
  • £

Sığorta agentlərinə - YENİ TƏLƏB

Sığorta agentlərinə - YENİ TƏLƏB
18.02.2016 20:29
Azərbaycanda qüvvəyə minən "İcbari sığortalar haqqında” qanuna dəyişikliklərə görə, sığorta agentlərinə yeni tələb qoyulub.
 
Fins.az-ın məlumatına görə, bundan sonra sığorta agentləri satdıqları icbari sığorta məhsullarının pulunu sığorta şirkətlərinə 100% elektron ödəniş yolu ilə çatdıracaq. Bunun üçün vasitəçilər İcbari Sığorta Bürosunun (İSB) ödəniş sistemindən istifadə etməlidir. Bu da dövriyyənin məbləğinə nəzarət etməyə imkan verəcək, sığorta şirkətlərinin hesabatlı fəaliyyətini təmin edəcək.

Ödənişin maksimal müddəti beynəlxlaq təcrübəyə uyğun müəyyən ediləcək. Həmin müddətdə ödənişi həyata keçirməyən agentlərin satış kanalları bağlanacaq.

Sığorta mütəxəssisləri hesab edirlər ki, yeni tələb sığorta agentlərinin məsuliyyətsizliyinin qarşısını alacaq, onların debitor borclarının (sığorta şirkətləri qarşısında maliyyə öhdəliklərinin) artmasına imkan verməyəcək. Vasitəçilər müştərilərdən əldə etdikləri pulu dərhal sığorta şirkətlərinə çatdıracaqlar, bu məsələ günlərlə ləngiməyəcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol