• $
  • €
  • ₽
  • ₺
  • £

Böhranın mənzillərin kredit şərtlərinə təsiri

Böhranın mənzillərin kredit şərtlərinə təsiri
20.02.2016 11:11
İndi hər kəs ev ala bilər.

Paytaxtda fəaliyyət göstərən bəzi tikinti şirkətləri kooperativ binalarda aylıq ödəniş haqları ilə yanaşı, illik faiz və effektivlik dərəcəsini də azaldıb.

ANS PRESS-in məlumatına görə, şirkətlər manatın üzən məzənnəyə keçməsi ilə əlaqədar binalardan ev almaq istəyən vətəndaşların çətinliklər yaşadığını və bu səbəbdən müəyyən olunmuş ödənişlərin illik faiz effektivliyini azaltmaq qərarına gəldiklərini bildirdilər.

"Kooperativ binalarda aylıq ödəniş haqları azaldılıb".

Bu, ev almaq istəyənlərin cibinə uyğun olmaqla yanaşı, həm də böhran vəziyyətində olan şirkətlərin işlərindəki durğunluğu aradan qaldıra bilər.

Tikinti şirkətlərindən birinin satış meneceri Vüsal Hümmətovun sözlərinə görə, şirkətlərin bu cür kampaniya təqdim etməkdə məqsədi müştəriləri itirməməkdir:

"Bizdə illik 8 faizin effektivlik dərəcəsi 4,5-dir. Yəni, məsələn, müştəri bankdan 100 min manat kredit götürürsə, onun 8 faizi 8 min manat edir. Əgər ev 20 ilə götürülübsə, onda bu edir, 160 min və 100 min, ümumilikdə isə ev həmin insana 260 min manata başa gəlir. Amma indi 20 ilin bir ili 4,3 faiz, 10 ili 4,5 faiz, 20 ilinə 5 faiz ödənilir. Bu da 160 min deyil, 100 min manat deməkdir”, - deyə menecer bildirdi.



Tikinti şirkətlərinin təklif etdiyi ipoteka faizləri 

Vüsal Hümmətov onu da əlavə etdi ki, əslində, bu təşəbbüs banklardan gəlir. "Biz əvvəllər başqa bankla çalışırdıq, onun faiz dərəcəsi çox idi, bu da bizə sərf etmirdi, çünki devalvasiyadan sonra müştərilər az müraciət edirdilər. Amma hazırda bir neçə bank var ki, münasib faizlə ipoteka verir. Bu həm bizim, həm də ev almaq istəyən vətəndaşlarımızın ürəyincədir”, - deyə o əlavə etdi.

Məsələni şərh edən iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, bugünkü gün tikinti şirkətlərinin belə bir addım atmaları gözlənilən idi:

"Bizdə yeni binalar tikilməyə başlayanda qiymətlər az qala xarici ölkələrdəki evlərin qiymətlərini ötürdü. Amma o zaman bu evlərə tələbat da var idi, ona görə binaların qiymətləri şişirdilmiş şəkildə təqdim olunurdu. Amma bu gün həm iqtisadi vəziyyət bu binalardan ev almağa imkan vermir, həm də insanlar həmin binalardan ev almağa meyl göstərmirlər. Odur ki, tikinti şirkətləri qiymətləri real qiymətlər səviyyəsinə endirməklə müştəri cəlb etmək istəyirlər”, - deyə ekspert vurğuladı.

Samir Əliyev onu da vurğuladı ki, bundan sonra da neftin qiyməti düşərsə, evlərin qiymətlərinin ucuzlaşması qaçılmaz olacaq.



Samir Əliyev - iqtisadçı ekspert

Xarici ölkələrə nəzər salsaq, görərik ki, xüsusilə inkişaf etmiş ölkələrdə evlərin qiymətləri yüksəkdir. Amma ucuz evlər satılan ölkələr də az deyil. Məsələn, əgər ABŞ, Norveç, Yeni Zerlandiya,  Fransada evlər bahadırsa, Almaniya, Yaponiya, Portuqaliyada daha ucuzdur.



Xarici ölkələrdə evlərin qiymətləri

Tikinti şirkətləri vətəndaşların ev arzusunu ürəyində qoydu

Dekabrın 21-dən sonra tikinti materiallarının qiymətinin artması ilə bağlı bəzi tikinti şirkətləri aylıq kredit pullarını qaldırmaq istəyirdi. Hətta bununla bağlı bir neçə tikinti şirkətlərindən ev alan vətəndaşlar arasında anlaşılmazlıq da yaranmışdı. Amma sonradan şirkətlər insanların çoxunun pul ödəməkdən imtina etdiyini görüb, nəinki aylıq kredit haqlarını qaldırmadılar, eyni zamanda müştərilərini itirməmək üçün illik faiz dərəcələrində endirimlər etdilər.

Bankların təklif etdiyi, tikinti şirkətlərinin yararlandığı və ev almaq istəyən vətəndaşların isə faydalandığı azfaizli ipoteka, əslində, hər üç tərəfin xeyrinə atılan bir addımdır. Bununla bank və tikinti şirkətləri böhran vəziyyətinə düşməz, vətəndaşlar isə isti yuva əldə etmiş olarlar. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol