• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur
28.05.2020 20:36
Azərbaycan rabitə bazarının lider mobil operatoru  Azercell Telekom növbəti dəfə yerli brendlər arasında Facebook sosial şəbəkəsində lider olub. Şirkət Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yanvar ayında müştəri istəklərinin "100% cavablama nəticəsini əldə edib. Mobil operatorlar arasından ən cox 656 sual Azercell-ə ünvanlanıb və təbii ki, bütün suallar operativ şəkildə cavablandırılıb. Twitter sosial şəbəkəsində isə şirkət müştəri istəklərinin "80% cavablama nəticəsini əldə edib.
 
Azercell eyni zamanda 2015-ci ilin oktyabr-noyabr-dekabr aylarının nəticələrinə görə də lider olub. Şirkət uğurlu nəticələrinə görə, "Socialbakers” beynəlxalq tədqiqat təşkilatından ötən ilin IV rübü üçün "Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.
 
Məlumat üçün bildirək ki, Azercell ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə Twitter rəsmi "verified” (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda Azercell-in Twitter-də 90000-dən artıq izləyicisi var və  bu göstəriciyə görə də, Azercell Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.  
 
Xatırladaq ki, Azercell Facebook sosial şəbəkəsindəki rəsmi səfihəsində müştəri istəklərinin 100% cavablama nəticəsini də qazanaraq yerli brendlər arasında rekord göstəriciyə imza atıb. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə "Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər Azercell səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.
 
Qeyd etmək istərdik ki, Azercell həm sosial şəbəkələrdə rəsmi səhifə, həm də onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operator olub. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılmasıdır. Nəticədə Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
 
Telekommunikasiya xidmətlərində liderliyini qoruyan Azercell hər zaman olduğu kimi, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiyalardan istifadə etmək imkanı yaratmağa çalışır.


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol