• $
  • €
  • ₽
  • ₺
  • £

“Birinci devalvasiyadan əvvəl də baş bankir belə demişdi” - EKSPERT

“Birinci devalvasiyadan əvvəl də baş bankir belə demişdi”  - EKSPERT
26.02.2016 13:13
"Nə reytinqli təşkilatların, nə də bizimkinin proqnozlarına inanmaq olar” – bunu ANN.Az-a açıqlamasında iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib.

Bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, növbəti, yəni üçüncü devalvasiyanın olması gözlənilmir. Baş bankir həmçinin "Fitch" beynəlxalq reytinq agentliyinin manatın növbəti dəfə devalvasiyaya uğrayacağı barədə proqnozlarına münasibətinin mənfi olduğunu vurğulayıb.

İqtisadçı ekspert Oqtay Haqverdiyev baş bankirin devalvasiya ilə bağlı açıqlamasını ANN.Az-a şərh edib.



Oqtay Haqverdiyev: "Buna hazırda inanaq, ya inanmayaq?

Ekspertin sözlərinə görə, birinci devalvasiyadan öncə də Elman Rüstəmov demişdi ki, manatı qoruyub saxlayırıq: "Bu cür bəyanatlar o vaxt da verilmişdi. Amma sonra neftin qiyməti o qədər aşağı düşdü ki, devalvasiya baş verdi. Düşünürdülər ki, neftin qiyməti ilin ortasında qalxacaq. Ancaq neft bahalaşmadı. Buna görə də ikinci dəfə devalvasiya oldu. Əslində ikinci devalvasiya deyildi, manatı artıq buraxmışdılar ki, valyuta bazarı onu tənzimləsin və manatın əsil qiymətini müəyyən etsin. Buna baxmayaraq, Mərkəzi Bank yenə də manatı tənzimləyirdi ki, manatın məzənnəsi çox düşməsin”.

İqtisadçı əlavə edib ki, indi Elman Rüstəmov deyir ki, üçüncü devalvasiya olmayacaq: "Buna hazırda inanaq, ya inanmayaq? Necə bilə bilmək olar ki, bu proses olacaq, ya olmayacaq? Amma ümumi iqtisadi vəziyyətə baxanda, dünyada gedən proseslərə fikir verəndə, demək olar ki, neftin qiyməti 60 dollardan yuxarı qalxmasa, manat hələ də indiki vəziyyətində qalacaq. Ancaq aşağı düşməyəcək”.

Oqtay Haqverdiyev sonda beynəlxalq reytinqli agentliklərin də proqnozlarının düz çıxmadığını vurğuladı: "Nə reytinqli təşkilatların, nə də bizimkinin proqnozlarına inanmaq olar. Gündə yüz proqnoz vermək olar. Əgər tutarsa, deyəcək ki, gördünüz dedim elə də oldu. Tutmasa da bir bəhanə gətirəcək.  Əgər söhbət bazar iqtisadiyyatından gedirsə, orada həmişə balans olmalıdır. Yəni bazar özü balanslaşdırmalı deyil. Ancaq bəşər tarixində indiyə kimi o balans gəlib bizə çatmayıb. Gah bu tərəfə olur, gah o tərəfə. Əgər dünya reytinqlərinin proqnozlarını nəzərə alıb danışırıqsa, yadımdadı keçən il Beynəlxalq Valyuta Fondu (BVF) deyirdi ki, Azərbaycan da 3,5 faiz artım olacaq. Nə oldu bəs niyə artım 1 faiz oldu? Dünyada bu qədər nüfuza malik olan təşkilatın belə proqnozu bəzən düz çıxmır”.
 
Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol