• $
  • €
  • ₽
  • ₺
  • £

BVF: Qlobal iqtisadiyyat getdikcə zəifləyir

BVF: Qlobal iqtisadiyyat getdikcə zəifləyir
26.02.2016 22:07
Beynəlxalq Valyuta Fondu (BVF) fevralın 26-27-də Şanxayda keçirilən G-20 ölkələri maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitindən öncə "Qlobal gözləntilər və siyasətlərin yaratdığı çətinliklər" adlı hesabatını dərc edib.
 
"Report"un hesabata əsasən verdiyi xəbərə görə, qlobal iqtisadiyyat çox zəifləyib və gözlənilmədən baş verən hər hansı bir şoka qarşı çox həssaslaşıb.

İqtisadiyyatın hərəkətsiz qalması və qlobal iqtisadi artımın yavaşlaması amillərinə diqqət çəkən BVF bu situasiyadan çıxış yolunu G-20 ölkələri başda olmaqla çoxtərəfli yeni siyasətin tətbiqində görür.

BVF rəhbəri Kristina Laqard bu gün Şanxayda çıxış edərkən bildirib ki, qlobal iqtisadi yavaşlamanı bir neçə amillə bağlayıb. Onun fikrincə, bu, Çin iqtisadiyyatındakı artımın yavaşlamasının inkişafda olan ölkələrə təsiri, azalan xammal qiymətləri və fond birjalarındakı zəifləmə ilə bağlıdır. K.Laqard bütün çətinliklərə baxmayaraq, qlobal iqtisadiyyatın 2016-cı ildə artım göstərəcəyinə inanır.

Fond rəhbəri maliyyə nazirləri və baş bankirlərin bugünkü iclasındakı çıxışında mərkəzi bankların monetar siyasətin, yeni tətbiq olunan mənfi uçot dərəcələri siyasəti də daxil olmaqla iqtisadi canlanmaya təsirinin çox zəif olduğunu qeyd edib. O, Çin iqtisadiyyatının 6-6,5% artım hədəfləməsini tövsiyyə edib. Çin isə 2016-cı ildə ÜDM-in 6,5-7% artacağını proqnozlaşdırır.

K.Laqard daha sonra inkişaf etməkdə olan ölkələr barədə bildirib ki, xammal hasil edən ölkələrin bir çoxu hazırda BVF-dən kömək istəyir. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın da BVF-dən 3 mlrd. dollar yardım alacağı xəbərləri yayılsa da, rəsmi Bakı hazırda heç bir yardıma ehtiyacının olmadığını bildirib.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol