• $
  • €
  • ₽
  • ₺
  • £

Suveren Fondların Beynəlxalq Forumunun üzvlərinin Azərbaycanda görüşü keçirilir

Suveren Fondların Beynəlxalq Forumunun üzvlərinin Azərbaycanda görüşü keçirilir
01.03.2016 18:11
2016-cı ilin 1-2 mart tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) da üzvü olduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) "Bilik mübadiləsi” mövzusunda görüşü keçirilir.

ARDNF-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, ARDNF-nin təşəbbüsü və təşkilatçılığı ilə Foruma üzv suveren fondların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə baş tutan bu görüş SFBF-nin illik iclaslarından kənar keçirilən ilk tədbiridir. ARDNF bu görüşdə İcraçı direktor Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak edir.

Görüşün əsas məqsədi adıçəkilən quruma üzv fondlar arasında bilik və təcrübə mübadiləsinin asanlaşdırılması ilə bağlı müzakirələr aparmaq, eləcə də bu istiqamətdə konkret nəticələrə nail olmaqdır.

Tədbirdə eyni zamanda Azərbaycana investisiya qoyuluşlarının təşviqi istiqamətində müvafiq təqdimat keçirilib.

Ümumilikdə təqribən 5,5 trilyon ABŞ dolları həcmində vəsaitlərin idarə olunduğu 29 ölkədən 30 suveren fondu özündə birləşdirən SFBF 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasda yaradılmış və ilk rəsmi iclasını da məhz 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirib. Yarandığı tarixdən etibarən ARDNF-nin daim fəal şəkildə təmsil olunduğu SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, eləcə də Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol