• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə neft bahalaşdıqca, manat ucuzlaşmır? - AÇIQLAMALAR

Niyə neft bahalaşdıqca, manat ucuzlaşmır? - AÇIQLAMALAR
11.03.2016 15:53
Son bir həftədə neftin qiyməti artıb. (Bu gün "Brent” markalı neftin qiyməti 40,81 dollar olub) Nəzərə alsaq ki, neftin qiymətinin dolların kursuna birbaşa təsiri var, o zaman milli valyutmız olan manat bahalaşmalı idi. Çünki, 21 dekabr devalvasiyasından sonra Mərkəzi Bank "üzən məzənnə” rejiminə keçirildiyini elan edib. Lakin dünya bazarında neftin bahalaşmasının və yaxud  ucuzlaşmasının birbaşa manata təsiri hiss olunmur və bunun səbəbi nədir?
 
İqtisadçı ekspertlər Qalib Toğrul və Fikrtə Yusifov mövzunu ANN.Az-a belə şərh ediblər. 
 
 

"Mərkəzi Bankla yanaşı Neft Fondu da - dövlət büdcəsinə transferlər manatla həyata keçirilidiyindən - bazara dollar çıxarır, yenə də dollara olan tələb ödənilmir” – Qalib Toğrul

Ekspert Qalib Toğrul hesab edir ki, neftin qiyməti manatın məzənnəsinə birbaşa deyil, bilvasitə təsir edir: "Burada sadə bir sxem var. Neftin qiyməti yüksək olduqca, ölkəyə daxil olan dolların həcmi də artır. Dolların həcminin artması son nəticədə ölkəmizdə bu valyutaya tələbin ödənilməsini təmin etdiyindən manatın məzənnəsinin möhkəmlənməsinə xidmət göstərir. Ancaq hazırda dollara olan tələb böyük olduğundan o, ödənilmir, daha dəqiq desək, qismən ödənilir. Təkcə fevral ayında Mərkəzi Bankın valyuta rezervləri 372 milyon dollar azalıb. Yanvar, fevral aylarında rezervlər 990 milyon dollar əriyib. Bütövlükdə Mərkəzi Bankın valyuta ehtiyatları 2015-ci ildə 8 milyard 741 milyon dollar azalıb. Hazırda ehtiyatlarımız psixoloji həddədir, 4 milyard dollar səviyyəsindir. Baxmayaraq ki, Mərkəzi Bankla yanaşı Neft Fondu da - dövlət büdcəsinə transferləri manatla həyata keçirdiyindən - bazara dollar çıxarır, yenə də dollara olan tələb ödənilmir. Çünki Azərbaycanda real sektor demək olar ki, yoxdur, hər şey idxal olunur. Əgər ölkədə real sektor olsaydı, indi idxal olunan məhsulların bir çoxu ölkədə istehsal edildiyindən bu bir tərəfdən dollara olan tələbi azaldardı, ikinci tərəfdən də hazır məhsul ixracı ölkəyə qeyri-neft sektoru hesabına dollar gətirilməsinə imkan verərdi”.

İqtisadçı əlavə edib ki, hazırda manatın dollara nisbətən kursu inzibati yolla müəyyən olunur: "Bütün hallarda Mərkəzi Bank bu yolla manata olan təzyiqin qarşısını almaq iqtidarında deyil. Əgər məzənnəni bazar müəyyən etsəydi, mexanizm belə olmalıydı: Mərkəzi Bank satdığı dollar üçün ilkin kurs təklif edir, sonra hərrac dövründə dollara tələb yüksəkdirsə, kommersiya bankları təbii olaraq daha yuxarı qiymətlə dollar almağı təklif edirlər, sonda bir hərracda bir neçə kursa satılan dolların manata nəzərən orta çəkili kursu müəyyən edilir və bu kurs həmin günkü kurs kimi elan edilir. Təxminən bu şəkildə:  bir gündə 1.62 kursla 10 dollar, 1.63-lə 50 dollar, 1.65-lə 90 dollar satılıbsa, 1.62 X 10 + 1.63 X 50 + 1.65 X 90/ 10 + 50 + 90 = orta çəkili kurs”.

 


"Bazar bəzi hallarda real ola biləcək vəziyyəti olduğu kimi əks etdirməyə bilər” – Fikrət Yusifov

Sabiq maliyyə naziri Fikrət Yusifovun fikrincə, əslində bu gün dünya bazarında neftin qiyməti qalxdıqca, psixoloji baxımdan dolların məzənnəsi ən azından sabit qalmalı idi: "Son 40 gün ərzində dünya bazarında neftin qiymətləri 43 faizə qədər yüksəlib və real görünən budur ki, qiymətlərdəki bu tendensiya bundan sonra da davam edəcək. Belə olan halda isə ölkəyə valyuta axını çoxalacaq. Neft qiymətlərinin artımında son günlər müşahidə edilən tendensiya davamlı olacağı tədqirdə isə dolların ucuzlaşacağı gözləniləndir”. 

İqtisadçı hesab edir ki, son günlər ərzində dolların məzənnəsində baş verən dəyişikliklər, yəni onun manata nisbətən bir neçə qəpik bahalanması, manatın üzən məzənnəyə keçdiyi bir şəraitdə normal qarşılanmalıdır: "Çünki onun bugünkü məzənnəsini əsasən bazar özü müəyyən etməlidir. Manatın dəyərinin tənzimlənən üzən məzənnə ilə müəyyən olunması isə o deməkdir ki, Mərkəzi Bank zəruri saydığı hallarda, bazara müdaxilə etmək imkanlarına malikdir. Bazar bəzi hallarda real ola biləcək vəziyyəti olduğu kimi əks etdirməyə bilər. Yəni, bazardakı real olan vəziyyətə psixoloji amillərin də təsir göstərməsi mümkündür. Ona görə son günlər dolların bahalaşması ilə baş verən prosesləri daha çox psixoloji amillərin mövcudluğu ilə əlaqələndirirəm. Mərkəzi Bank əslində keçən ilin fevral ayının 21-də baş verən manatın birinci kəskin devalvasiyasından sonra üzən məzənnəyə keçməli idi. Bu addım onda atılsaydı, onda Mərkəzi Bank öz valyuta rezervlərinin də ötən dövr ərzində 3 dəfə azalmasına yol verməzdi”.

Orxan Aslanlı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol