Neft hasilatçıları Qətərdə toplaşacaqlar
![Neft hasilatçıları Qətərdə toplaşacaqlar Neft hasilatçıları Qətərdə toplaşacaqlar](https://anews.az/photo/850x500/2016-03/1458021966_oil-1.jpg)
OPEK-ə üzv ölkələrin və müstəqil neft istehsalatçılarının görüşü Dohada keçirilə bilər.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya energetika naziri Aleksandr Novak bildirib.
Daha öncə verilən məlumata görə, fevralın 16-da Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neftin hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində dondurulmasına dair razılığa gəliblər. Bir sıra ölkələr, o cümlədən Ekvador, Əlcəzair, Nigeriya və Oman bu qərarı dəstəkləyib.
A.Novak bəyan edib ki, OPEK-in iştirakı ilə neft ixracatçısı ölkələrinin görüşü 20 mart - 1 aprel tarixləri arasında keçirilə bilər.
Bununla yanaşı, görüşün Doha, Vyana və Rusiyada keçirilməsi variantları nəzərdən keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)