• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı TANAP-a 1 mlrd dollar ayırır

Dünya Bankı TANAP-a 1 mlrd dollar ayırır
25.04.2016 09:28
Dünya Bankı (DB) Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinə 1 mlrd dollar ayırmağı planlaşdırır.

"APA-Economics" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Avropa İnvestisiya Bankı isə layihənin maliyyələşdirilməsinə 1 mlrd avro ayıracaq.

Bank rəsmisinin qəzetə verilən açıqlamada bildirilir ki, DB enerji sektorunda strateji əhəmiyyət kəsb edən TANAP layihəsinin bir parçası olmaq niyyətindədir: "BOTAŞ-ın maliyyələşdirilməsində yardımçı olacağıq. Söhbət təxminən 1 mlrd dollarlıq maliyyə dəstəyindən gedir. Eyni zamanda biz Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq edirik. TANAP-ın 58%-i SOCAR-a, 30%-i BOTAŞ-a, 12%-i isə BP şirkətinə məxsusdur. Hər bir səhmdar bu bölgüyə müvafiq olaraq layihəni maliyyələşdirir. Dünya Bankı və Avropa Birliyinin borc vermə mexanizminə uyğun olaraq Avropa İnvestisiya Bankı TANAP-a sərmayə yatırmağa hazırlaşır. Pay bölgüsünə uyğun olaraq, BOTAŞ TANAP-a 3 mlrd dollarlıq yatırım etməlidir. Bunun üçün BOTAŞ Dünya Bankından 1 mlrd dollar, Avropa İnvestisiya Bankından isə 1 mlrd avro cəlb edəcək".

TANAP Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1850 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.

Kəmərin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP "Mərhələ-2" çərçvəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.

Layihə $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAS - 30%.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol