• $
  • €
  • ₽
  • ₺
  • £

Fikrət Yusifov: Supermarketlər kimi aldatmağa cəhd edirlər?

Fikrət Yusifov: Supermarketlər kimi aldatmağa cəhd edirlər?
26.04.2016 14:29
Bu ilin aprel ayının 18-də bəzi supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə  əlavə dəyər vergisinə sıfır dərəcə tətbiq etməklə bağlı müraciətindən sonra, mətbuat səhifələrində və TV kanallarında geniş müzakirələr açıldı.
 
Nə qədər qəribə də olsa, problemin əsil həqiqətdə nədən ibarət olduğunu aydınlaşdırmayan bəzi iqtisadçılar və jurnalistlər dərhal bu marketlərin "müdafiəsinə” qalxdılar. Biz mətbuat səhifələrində bu məsələyə fərqli münasibət bildirdik. Təklif etdik ki, bütün maraqlı tərəflərin -  İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Supermarket sahiblərinin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və birgə müzakirə ilə bu müraciətin kökündə əsil həqiqətdə nəyin dayandığı aydınlaşdırılsın. Heç şübhə yoxdur ki, müraciətin altından imza atan supermarket sahibləri problemin kökünün əlavə dəyər vergisində olmadığını hər kəsdən çox yaxşı bilirlər. Çünkü bu marketlərdə əlavə dəyər vergisi onsuz da sıfr dərəcə ilə tətbiq olunur. Bəs onda supermarket sahiblərini narahat edən nədir? Nə üçün onlar qiymətlərin yüksək olmasını və bu səbəbdən ticarət dövrüyyəsinin getdikcə azaldığını əsas gətirərək, nəticə etibarilə iş yerlərinin  ixtisara düşəcəyi, marketlərinin bağlanacağı ilə bağlı "həyacan təbili çalırlar”.
 
İlk öncə onu demək lazımdır ki, supermarket sahiblərinin bu müraciətində məsələ yersiz və əsassız şəkildə bu qədər şişirdilib. Onların manatın məzənnəsində baş verən kəskin  dəyişikliklərdən sonra, bəzi qiymətlərin artması səbəbindən ticarət dövrüyyəsinin azaldığına dair məlumatları yanlışdır - əksinə bu dövrdə həmən supermarketlərdə ticarət dövriyyəsi kifayət qədər artıb. İkincisi,  supermarketlərdə əhaliyə satılan malların qanuniliyini təsdiq edən sənədlər mövcud olduğu tədqirdə, həmən mallar üzrə ƏDV sıfr dərəcə ilə tətbiq olunur.   Əgər məsələnin kökü yalnız qanuni sənədlərin mövcudluğundadırsa, onda problemi ƏDV-nin üzərinə gətirmək hansı məntiqə sığışır? Belə çıxır ki, market sahibləri öz qanunsuz əməllərini başqa bir qanunsuzluqla – vergi müfəttişliyini qanunsuzluğa məcbur etməklə bağlamaq istəyirlər. Onlar başa düşməlidirlər ki, müvafiq təsdiqedici sənədləri olmayan mallara ƏDV-ni sıfır dərəcə ilə tətbiq etmək mümkün deyil və vergi xidmətini buna təhrik etmək cəhdləri yanlış bir hərəkətdir.  
 
Əgər doğrudan da söhbət marketlərdə satılan malların  qiymətlərinin yüksək olmasından gedirsə, onda bu malların son qiymətlərinə təsir edən diğər qeyri-rəsmi və səmərəsiz xərclər də araşdırılmalıdır. İlk növbədə, market sahibləri bəzi malların mağazanın piştaxtasına neçənci vasitəçi tərəfindən gəlib düşdüyünün fərqində olmalıdırlar. Bizdə olan məlumatlara görə bəzi məhsullar 2-ci, 3-cü,  bəzən də daha çox vasitəçinin pəncəsindən çıxaraq mağazaların piştaxtalarına gəlib düşür. Bu isə o deməkdir ki, hər vasitəçi malın qiymətinə 8-10% əlavə edir və nəticə etibarilə məhsulun qiyməti əsassız olaraq şişir.  Eyni qayda ilə məhsulun son qiymətinə digər neqativ məqamlar da az təsir etmir. Bax, məsələnin kökünü bu istiqamətlərdə araşdırmaq lazımdır. Onda, son qiymətə nəyin necə təsir etdiyi müəyyənləşəcək və market sahiblərinin bu müraciətinin nə qədər əsassız olduğu hər kəsə tam aydın olacaq.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol