• $
  • €
  • ₽
  • ₺
  • £

"European Tobacco-Baku"nun təsisçisinin hesabına səhmdarlara dividend ödəniləcək

"European Tobacco-Baku"nun təsisçisinin hesabına səhmdarlara dividend ödəniləcək
06.05.2016 20:02
"European Tobacco-Baku” ASC-nin rəhbərliyi səhmdarlarla görüş keçirib.

"APA-Economics"in məlumatına görə, görüşdə ASC-nin İdarə Heyətinin sədri Rüfət Quliyev, Müşahidə Şurasının üzvü Qəzənfər Paşayev, fabrik direktoru Elşad Nadirov, aidiyyəti şöbələrin müdirləri və digər rəsmi şəxslər iştirak ediblər. İşləyən və işləməyən səhmdarlar da daxil olmaqla 100 nəfərdən artıq nümayəndə görüşdə olub.

Görüş zamanı səhmdarlar Firuzə Şahnəzərova, Raya Şirinova, Valeh Quliyev, Xeyransa Eyvazova, Səmayə Qəhrəmanova və səhmdarların vəkili Xəlifə Rəsulov səhmlərin sayı, dividendlərin məbləği ilə əlaqədar onları maraqlandıran sualları Rüfət Quliyevə ünvanlayıblar. Rüfət Quliyev və Qəzənfər Paşayev səsləndirilmiş sualları ətraflı cavablandırıblar. Onlar qeyd edib ki, ASC-nin təsisçisi "SOREX Management İNC"-in rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində qərara alınıb ki, təsisçinin hesabına səhmdarlara xüsusi olaraq kömək məqsədilə 51 min manat məbləğində dividend ödənilsin. Həmin dividentlər cari ilin may ayının III dekadasında səhmdarlara ödəniləcəkdir.
 
 
Həmçinin səhmdarların 2015-ci ilin yekunlarına görə iclası keçirildikdən sonra onlara həmin ilin dividentləri də ödəniləcək.
 
 
Eyni zamanda bildirilib ki, səhmdarlarda olan səhmlərin faizinin az olması nəzərə alınaraq gələcəkdə "SOREX Management İNC"-in hesabına ödəniləcək dividendlərin məbləğinin artırılması gündəmdədir.

Həmçinin görüşdə təklif olunub ki, səhmdarlarla əlaqələri daha da yaxşılaşdırmaq, onların problemlərinin operativ həll olunması üçün hər iki tərəfdən 4-5 nəfərdən ibarət komissiya yaradılsın. Qeyd edilib ki, belə komissiya onlarda artıq fəaliyyət göstərir.

Səhmdarlar sonda ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edib, müəssisədə görülən və görüləcək işlərdən öz razılıqlarını bildirib, xahiş ediblər ki, problemlərinin həlli həmişə müəssisə rəhbərliyinin diqqət mərkəzində olsun. Onların bu xahişi müsbət cavablandırılıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol