• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan gözlənilməz qərar

İrandan gözlənilməz qərar
07.05.2016 13:08
"İran neft hasilatını dondurmağa razılaşır”.
 
ANS PRESS-in məlumatına görə, bu barədə İranın Press TV telekanalına ölkənin milli neft şirkəti NIOC-un nümayəndəsi deyib.

Qurumun beynəlxalq əlaqələr üzrə direktoru Mohsen Kamsari deyib ki, İran artıq neft hasilatını arzuladığı səviyyə çatdırıb. "Bu məsələ ilə bağlı qəti qərarı neft naziri Bican Namdar Zənqane verə bilər”.

Bundan əvvəl İran sanksiyalar götürüldükdən sonra hasilatı 4 milyon barelə çatdırmağı planlaşdırdığını açıqlamışdı. Hazırda OPEC-in hesablamalarına görə, İran gündə 4,2 milyon barel neft hasil edir. 

İran OPEC-in aprel ayında keçirdiyi Doha görüşündən sonra neft hasilatını daha da artıracağı barədə açıqlama vermişdi. Həmin vaxt neft naziri Bican Namdar Zənqane bildirmişdi ki, sanksiyaların ləğvindən sonra rəsmi Tehran günlük neft hasilatını 1 milyon barelə qədər artırıb. "Biz itirdiyimiz bazarları qaytarana qədər neft hasilatını artırmağa davam edəcəyik. Amma rəsmi Tehran bazarın sabitləşməsi üçün istənilən planı dəstəkləyir”.  

Aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində OPEC-in iclası keçirilib. İclasda təşkilata daxil olan dövlətlərlə yanaşı, olmayanlar da iştirak edib. Görüşün məqsədi neftin hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə qərar qəbul etmək idi.

Lakin Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının "dondurulmasına” imkan vermədi. 

Doha görüşü Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətərin təşəbbüsü ilə keçirilib. Bundan başqa, görüşdə Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi iri neft istehsalçıları ilə yanaşı Azərbaycan və Qazaxıstan da iştirak edib. Azərbaycanı bu toplantıda energetika naziri Natiq Əliyev təmsil edib.  O, Azərbaycanın neft hasilatının dondurulmasına razı olduğunu bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol