• $
  • €
  • ₽
  • ₺
  • £

Sansksiyaların Rusiya iqtisadiyyatına mənfi təsiri hesablanıb

Sansksiyaların Rusiya iqtisadiyyatına mənfi təsiri hesablanıb
12.05.2016 20:44
Rusiya iqtisadiyyatı hər rüb artım tempində orta hesabla 2 bənd itirib

Ekonometrik metodlarla aparılan hesablamalara əsasən, Qərbin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatının artım tempinə maksimal mənfi təsirinin 11% olduğu bildirilir. "Report"un RBC agentliyinə istinadən verdiyi xəbərə görə, Almaniyanın "DIW Berlin" iqtisadi tədqiqatlar institutunun əməkdaşı Konstantin Xolodilin və Azad Berlin Universitetindən Aleksey Netsunayevin birgə çalışması nəticəsində əldə olunan nəticələrə əsasən, Rusiya iqtisadiyyatı sanksiyalar səbəbindən artım tempində hər rüb orta hesabla 2 bənd itirib: "Əgər sanksiyaların iki il davam etdiyini nəzərə alsaq, mənfi effektin nəzərə çarpacaq dərəcədə olduğunu görərik".

Məqalədə qeyd edilir ki, 2014-cü ilin II rübündən 2015-ci ilin III rübünə qədər Rusiyada faktiki iqtisadi azalma 4,1% olub. Sanksiyaların tətbiq edilməsəydi, Rusiyada ÜDM-in həcmi bu dövrdə 6,9% artacaqdı: "Aradakı 11%-lik fərqi sanksiyalar səbəbindən yaranan zərərin maksimal həddi kimi qiymətləndirmək olar". Qeyd edək ki, çalışmada Rusiya və Avropa statistika qurumları, "Datastream" və Beynəlxalq Hesablaşmalar Bankının məlumatlarından istifadə olunub.

Sanksiyaların Rusiya iqtisadiyyatına ən çox mənfi təsiri xarici borclanmanın məhdudlaşdırılması səbəbindən maliyyə sistemində müşahidə edilib. Belə ki, 2013-cü ildə xaricdən 46,4 mlrd. dollar borc vəsaiti cəlb edən Rusiya emitentləri 2014-cü ildə 10,4 mlrd. dollar, 2015-ci ildə isə 5 mlrd. dollar borclana bilib. Cari ildə isə Rusiyanın xaricdən maliyyələşmə həyata keçirməsi gözlənilmir. Rusiyanın sanksiyalara qarşı tətbiq etdiyi tədbirlər isə ölkədə inflyasiyanın yüksəlməsinə səbəb olub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol