• $
  • €
  • ₽
  • ₺
  • £

Binəli Yıldırım: “Polis idarəsinə hücumu PKK törədib”

Binəli Yıldırım: “Polis idarəsinə hücumu PKK törədib”
08.06.2016 16:07
"Mardində polis idarəsinə hücumu PKK terror təşkilatı həyata keçirib”.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım iyunun 7-də İstanbulda və bu gün isə Mardin vilayətində törədilən terror aktlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Midyat Rayon Polis İdarəsinə yönəlik xaincəsinə həyata keçirilmiş hücum nəticəsində bir polis əməkdaşı şəhid olub: "Həmçinin, terror aktı nəticəsində 2 mülki vətəndaşımız həyatını itirib, 34 nəfər yaralanıb”.  

Baş nazir bir daha vurğulayıb ki, terror aktlarını törədən PKK təşkilatıdır: "Bu, bizi təəccübləndirmədi. Terorla mübarizə qətiyyət tələb edir. Önümüzdə, arxamızda insan qiyafəsində olan bu qatillər var. Vətəndaşlarımızın zərər görməməsi üçün təhlükəsizlik qüvvələrimiz səylə çalışır".

"Millətim bilsin ki, istər şəhərlərimizdə terrorçu-kamikadzelər xaincəsinə hücumlar həyata keçirsinlər, istərsə də hansısa metoddan istifadə edirlərsə etsinlər, Türkiyə güclüdür, türk milləti bütöv və bərabərdir. Heç vaxt nə millətimizi qorxuda, nə də bu böyük dövləti şərəfli mübarizədən çəkindirə biləcəklər. Türkiyədə terrora son vermək üçün hərbçimiz, polisimiz və vətəndaşımızla birgə mübarizə aparacağıq. Eyni zamanda kənardan da terrorçulara dəstək verən bütün qüvvələrə qarşı zəruri tədbirləri görəcəyik”, - deyə B.Yıldırım bildirib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol