• $
  • €
  • ₽
  • ₺
  • £

​"Rosneft"in 20%-i Çin və Hindistana satılır

​"Rosneft"in 20%-i Çin və Hindistana satılır
20.06.2016 11:50
Rusiya hökuməti "Rosneft" şirkətinin səhmlərinin 19,5%-i Çin və Hindistana satılması təklifini nəzərdən keçirir. 

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, səhmlərin dəyəri ən az 11 mlrd. ABŞ dolları təşkil edəcək. Çin və Hindistan daha öncə "Rosneft"də pay almaq istədiyini bildirsə də, bu ölkələr əməliyyatda birgə hərəkət edəcəyini bildirməyib. Rusiya tərəfi alqı-satqı əməliyyatının uğurla həyata keçəcəyinə inandığını bildirib.

Qeyd edək ki, "Rosneft" dünyanın ən çox neft hasil edən şirkətidir və səhmlərinin 69,5%-i Rusiya dövlətinə məxsusdur. 2012-ci ilin göstəricilərinə əsasən, 170 min işçisi var. 2014-cü ilin yekununda "Fortune Global" siyahısında "Rosneft" 46-cı sırada yer alıb. 2013-cü ildə "THK-BP" şirkətini aldıqdan sonra "Rosneft"in kapitallaşması 96 mlrd. ABŞ dollarına yüksəlib. Nəticədə, şirkətin borc yükü də artıb və 2014-cü ilin yanvarında kapitallşama 25% azalaraq 75,78 mlrd. dollara enib. 2014-cü il yekununda isə "Rosneft"in kapitallaşması daha 38% azalaraq 50 mlrd. dollara çatıb ki, bu da 2013-cü ildə 55 mlrd. dollara aldığı "THK-BP" şirkətinin qiymətindən də azdır. Hazırda şirkətin borcu 60 mlrd. dollar təşkil edir. Son maliyyə böhranı nəticəsində Rusiya rublunun devalvasiyası "Rosneft"in kapitallaşmasını 35,6 mlrd. dollara kimi azaldıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol