Niyazi küçəsində avtomobillərin hərəkəti bərpa olundu

İyunda Bakıda keçirilən "Formula-1" yarışı ilə əlaqədar avtomobillərin hərəkəti üçün məhdudlaşdırılan Niyazi küçəsi artıq nəqliyyat vasitələri üçün açılıb.
Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər.
Eyni zamanda, səhər saatlarında Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Üzeyir Hacıbəyov küçəsi, Binəqədi şosesi (mərkəzə doğru), Tbilisi prospekti (mərkəzə doğru), Niyazi küçəsi, habelə Koroğlu Rəhimov küçəsində (Prezident İqamətgahı istiqamətində) avtomobillərin hərəkətində nisbi sıxlıq müşahidə edilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















