• $
  • €
  • ₽
  • ₺
  • £

İran Azərbaycanla neft sahəsində əməkdaşlığı artıracaq

İran Azərbaycanla neft sahəsində əməkdaşlığı artıracaq
14.07.2016 17:57
Azərbaycan Avropa və Amerika şirkətlərinin xidmətlərini iranlı mütəxəssislərlə əvəzləyə bilər.

İran və Azərbaycanın neft sənayesində, o cümlədən hər iki tərəfə qarşılıqlı fayda verə biləcək texniki xidmətlər sahəsində əməkdaşlıq üçün böyük imkanları var.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın neft nazirinin müavini Əli Rza Əsl-Ərəbi deyib.

Onun sözlərinə görə, Azərbaycan gündəlik kiçik tapşırıqlı xidmətlərin, vaxtaşırı təmir və texniki prosedur xidmətlərinin göstərilməsi üzrə əsasən Avropa və Amerika şirkətlərinin xidmətlərindən yararlanır ki, bu da coğrafi uzaqlıq səbəbindən böyük xərclərə, xarici valyutadan istifadəyə və digər faktorlara səbəb olur.

Nazir müavini qeyd edib ki, İranda texniki xidmətin göstərilməsi üzrə 30-35 şirkət var:

"İran neft sənayesinin 110 illik tarixi var. Çoxlu təcrübəli mütəxəssislər və qısa müddətə səfərbər edilə bilən gənc ucuz işçi qüvvəsi var”.

O əlavə edib ki, bu cür əməkdaşlıq İran şirkətlərinə də sərf edəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol