• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiya ödənişləri niyə gecikir? - RƏSMİ

Pensiya ödənişləri niyə gecikir? - RƏSMİ
14.07.2016 15:25
Son günlər iyul ayı üzrə əmək pensiyalarının verilməsində gecikmənin olması, bunun da guya maliyyə təminatında çətinliklər və əlaqədar orqanların işi çevik qura bilməməsindən qaynaqlanması ilə bağlı müxtəlif fikirlər yayılıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinin mətbuat xidməti bildirib ki, pensiya, müavinət, təqaüd və bu yönümdən olan digər sosial tipli xərclərin maliyyələşdirilməsi ilə əlaqədar cari ildə dövlət büdcəsində nəzərdə tutulan 7 aylıq ayırmalar (transfertlər) tam məbləğdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb.

Nazirlik bəyan edib: "Azərbaycan Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin transfertlərin bölgüsünə dair razılaşdırılmış protokoluna əsasən, 7 ay üçün nəzərdə tutulmuş 741,3 milyon manat hər ayın əvvəlində, o cümlədən iyul ayı üçün nəzərdə tutulan 81,1 milyon manat vəsait tam həcmdə Fondun hesabına köçürülüb”.

Trend-in rəsmi dairələrdən əldə etdiyi məlumata görə isə iyul ayı üzrə pensiya ödənişlərinin gecikməsinə səbəb bayram günləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda aparılan təşkilatı və texniki dəyişikliklər olub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol