• $
  • €
  • ₽
  • ₺
  • £

FES bu il iki iclasda uçot dərəcələrini artıra bilər

FES bu il iki iclasda uçot dərəcələrini artıra bilər
14.07.2016 16:59
ABŞ Federal Ehtiyat Sistemi(FES) bu il iki iclasda uçot dərəcələrini artırmaq barədə qərar verə bilər.
 
"Report" xəbər verir ki, bu barədə Filadelfiya ştatının Federal Ehtiyat Bankının (FEB) sədri Patrik Xarker məlumat verib. Bankir qeyd edib ki, inflyasiya hədəf səviyyəsinə, yəni 2%-ə gələn il çatacaq: "Buna görə də mən hesab edirəm ki, FES bu ilin sonuna qədər iki dəfə faiz artırmağa məcbur qalacaq". O həmçinin 2018-ci ilin sonuna qədər ABŞ-da uçot dərəcələrinin 3%-ə yaxınlaşacağını bildirib.

Xarkerin fikrincə ABŞ əmək bazarında artım sürəti yavaşlayıb, bununla bərabər qlobal risklər artıb. Belə ki, "Brexit" nəticəsində qlobal bazarlarda dalğalanmalar yaşanıb. Məhz bu səbəbdən FES uçot dərəcəsi faizlərini artırmağa cəhd etsə də xarici faktorlar buna mane olub və bu proses davam edir.
 
Bankir "Brexit"in qeyri-müəyyənliyə səbəb olduğunu bildirsə də, onun ABŞ iqtisadiyyatına təsirinin zəif olacağını ehtimal etdiyini qeyd edib. Filadelfiya FEB sədri, "Brexit"in risk faktoru olaraq aşağı sıralarda yer aldığını, qısa zamanda ÜDM-ə mənfi təsirinin sadəcə 0,2 bənd olacağını bildirib. Xarker, ABŞ iqtisadiyyatının bu il 2%, qarşıdan gələn iki ildə isə müvafiq olaraq 2,3% artacağını proqnozlaşdırıb.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol